Əlaqə Arxiv
news Image
2020.11.30
12:30
| A A A
Ermənilər İsveçdə "Qarabağ" restoranını yandırdı - Video

İsveçin Höteburq şəhərində azərbaycanlı iş adamına məxsus restoran yandırılıb.

Axar.az Xeber.de-yə istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər gecə saatlarında azərbaycanlı iş adamı Kənan Hacıəkbəroğluna məxsus “Vitt Hem-Qarabağ” restoranına "Molotov kokteyli" atıblar. Nəticədə restoran yanaraq, tam yararsız hala düşüb. Hadisə yerinə polis və yanğınsöndürənlər gəliblər.

K.Hacıəkbəroğlu bildirib ki, polis ona yanğından sonra məlumat verib:

“Mən əraziyə gəlib çatanda restoran tamamilə yanmışdı. İçəridən bir əşya belə çıxara bilmədik. Ehtimal var ki, içəri "Molotov kokteyli" bənzəri bir şey atıblar və bu da yanğına səbəb olub. Mən ermənilərdən şübhələnirəm. Ancaq istintaqın nəticəsini gözləməliyik. Görək, onlar nə deyəcəklər”.

Məlumat üçün bildirək ki, Kənan Hacıəkbəroğlu əslən Azərbaycanın Ağdam şəhərindəndir. Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. Sənan Rüstəmov adlı qardaşı qəhrəmancasına şəhid olub.

O, keçmiş batalyon komandiri Hacı Əkbər Rüstəmovun oğludur.

 

Sizin Reklam Yeriniz