Əlaqə Arxiv
news Image
2020.12.01
09:15
| A A A
Bakıda kommunal tipli yaşayış binasında yanğın olub
Bakıda yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Naziriyindən Mövqe.az-a verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 80 m² olan mənzilin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sizin Reklam Yeriniz