Əlaqə Arxiv
news Image
2020.12.01
22:10
| A A A
İrəvanda növbəti aksiya: Saxlanılanlar var
İrəvanda hökumət əleyhinə növbəti etiraz aksiyaları keçirilib.
Axar.az xəbər verir ki, etirazçılar şəhərin mərkəzi küçə və prospektlərini bağlamağa çalışıblar.
Maştoç prospekti ilə Tumanyan küçəsinin kəsişməsində toplaşan etirazçılar trolleybusu saxlayıblar.
Bəziləri trolleybusun üzərinə çıxaraq pirotexniki vasitələr yandırıblar.
Polis əməkdaşları trolleybusun üzərinə çıxmış etirazçıları bir-bir yerə tullayıblar. Məlumata görə, hazırda 35 etirazçı saxlanılaraq polis bölmələrinə aparılıb.
Sizin Reklam Yeriniz