Əlaqə Arxiv
news Image
2020.12.03
22:50
| A A A
Göyçayda ağır qəza: 5 yaralı - Foto

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Ləkçıplaq kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan Orxan Beydullayevin idarə etdiyi VAZ 21011 markalı minik avtomobili qarşı tərəfdən gələn Cavanşir Bilalova aid "Hunday" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 5 nəfər ağır xəsarətlər alıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz