Əlaqə Arxiv
news Image
2020.12.05
09:27
| A A A
Göyçayda evi tərk edən koronavirus xəstəsi saxlanıb

Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mövqe.az-a verilən məlumata görə, Göyçay şəhər sakini Xasi Məmmədov COVİD-19 virusunun daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb olunub. Ancaq o, evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib.

X.Məmmədov barəsində Göyçay RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz