Əlaqə Arxiv
news Image
2021.01.11
11:14
| A A A
Narkotik alverçisi killi miqdarda heroinlə yaxalandı

Ağcabədi rayonundan narkotik alverçisi ilə bağlı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mövqe.az-a verilən məlumatda bildirilir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Ağcabədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şərəfxanlı kənd sakini İ.İbrahimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 kiloqram 218 qram heroin aşkar edilərək götürülüb.

Sizin Reklam Yeriniz