Əlaqə Arxiv
news Image
2021.01.13
21:20
| A A A
Türkiyədə saxta içki istehsalçılarına qarşı əməliyyat

Türkiyədə saxta içki istehsalçılarına qarşı əməliyyatlar davam edir.

Mövqe.az xəbər verir ki, növbəti genişmiqyaslı əməliyyat ölkənin Manisa vilayətində həyata keçirilib. Şəhərin Yunus Əmrə rayonunda baş tutan əməliyyat zamanı 3365 litr saxta içki ələ keçirilib. Bu içkilərin istehsalında və satışında şübhəli bilinən şəxslər saxlanılıblar.

Digər şübhəlilərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Son yeddi ayda Türkiyədə keçirilən əməliyyatlar zamanı tonlarla saxta içki və onların hazırlanmasında istifadə olunan vasitələr ələ keçirilib.

Türkiyədə oktyabrın 9-dan indiyədək saxta içki zəhərlənməsi səbəbindən 100-ə yaxın insan həyatını itirib.

Sizin Reklam Yeriniz