Əlaqə Arxiv
news Image
2021.01.23
20:00
| A A A
Şahbuz rayonunda zəlzələ olub

Yanvarın 23-də Şahbuz seysmoloji stansiyasından 10 kilometr şimal-qərbdə Şahbuz rayonunda maqnitudası 4.2 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Mövqe.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:22-də qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Sizin Reklam Yeriniz