Əlaqə Arxiv
news Image
2021.01.26
21:29
| A A A
Türkiyədə dəhşətli qasırğa - Video

Türkiyənin Bursa vilayətində güclü qasırğa bir sıra fəsadlar törədib.

Mövqe.az xəbər verir ki, qasırğa bəzi binaların dam örtüyünü uçurub.

İlkin məlumata görə, vilayətdəki biznes mərkəzinin damı binanın qarşısında dayanmış 5 avtomobilin üstünə düşüb. Vilayətdə ümumilikdə 19 avtomobilə ciddi ziyan dəyib.

Əlverişsiz hava şəraiti davam edir. Əhaliyə hava şəraiti sabitləşənədək imkan daxilində evdən çıxmamaq tövsiyə olunub.

 

Sizin Reklam Yeriniz