Əlaqə Arxiv
news Image
2021.01.27
17:43
| A A A
Goranboyda silah-sursat tapıldı

Goranboy rayonunda silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mövqe.az-a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinə (RPŞ) Goranboy rayonu Yenikənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Araşdırmalar zamanı oradan 1 ədəd “Muxa” markalı RPQ-18 qumbaraatan, 1 ədəd 60 mm-lik minaatan mərmisi, 2 ədəd alıştırıcısı üzərində olan, 1 ədəd alıştırıcısız “F-1”, 1 ədəd “PRO”, 1 ədəd “RPN” əl qumbaraları, ümumilikdə 1632 ədəd müxtəlif kalibirli patron, 4 ədəd müxtəlif silahlara məxsus avtomat darağı və sandıqlar aşkar edilərək götürülüb.

Sizin Reklam Yeriniz