Əlaqə Arxiv
news Image
2021.02.20
11:25
| A A A
Qazaxıstanda bir ailənin 5 övladı evdə yanğın nəticəsində həyatını itirib

 

Qazaxıstanın Cambul vilayətində evdə baş verən yanğın nəticəsində bir ailənin 5 övladı həyatını itirib.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, saat 15:00 radələrində beşmərtəbəli mənzilin üçüncü mərtəbəsindəki mənzildə başlayan yanğında ölən uşaqlardan böyüyün 5, ən kiçiyinin isə 1 yaşı var idi.

İlkin məlumata görə, yanğın vaxtı uşaqların atası işdə olub, anası isə bazara gedibmiş. Azyaşlılar xəstəxanaya yerləşdirilsələr də, həyatlarını xilas etmək mümkün olmayıb.

Yanğınla əlaqədar şəhər qubernatorluğu tərəfindən xüsusi komissiya yaradılıb və hadisənin səbəbi araşdırılır.

Xatırladaq ki, buna bənzər hadisə 2019-cu ildə Nur-Sultanda baş verib. Həmin vaxt yanğın nəticəsində bir ailənin 5 qız övladı həyatını itirmişdi.

Sizin Reklam Yeriniz