Əlaqə Arxiv
news Image
2021.02.24
10:30
| A A A
Bakıda yataqxanada yanğın başlayıb

 

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana yanır.

FHN-dən Movqe.az-a verilən məlumata görə, hadisə Yasamal rayonu, Tbilisi prospekti ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada qeydə alınıb.

Yanğın binanın dam örtüyündə baş verib

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Sizin Reklam Yeriniz