Əlaqə Arxiv
news Image
2021.03.29
10:55
| A A A
ABŞ-da baş verən atışmada 2 nəfər ölüb

ABŞ-ın Esseks şəhərində (Merilend ştatı) mağazaların birində atışma baş verib.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb. Məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları 2 nəfərin meyitini və 1 yaralı şəxsi aşkar ediblər.

Bir qədər sonra yaxınlıqdakı yaşayış kompleksində daha bir atışma səsi eşidilib.

Polis hələlik hər iki hadisənin bir-biri ilə əlaqəli olduğunu təsdiqləməyib, araşdırma aparılır.

Sizin Reklam Yeriniz