Əlaqə Arxiv
news Image
2021.04.02
10:30
| A A A
Tayvanda qatarın relsdən çıxaraq aşması nəticəsində ən azı 35 nəfər ölüb

Çinin Tayvan adasında içərisində təxminən 350 sərnişinin olduğu qatar relsdən çıxaraq aşıb.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, Hualien rayonuda yerli vaxtla səhər 9:00 radələrində baş verən qəza nəticəsində ən azı 35 nəfərin öldüyü güman olunur, təxminən 20 nəfər yaralanıb.

Polisin ilkin təhqiqatına əsasən, yamacda işləyən mühəndis avtomobili naməlum səbəblərdən sürüşüb və tunelə girmək istəyən qatara çırpılıb. Səkkiz vaqondan ibarət qatarın 4-cü və 5-ci vaqonları relsdən çıxaraq tunelin divarına çırpılıb.

Hazırda ərazidə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış-xilasetmə işləri aparır.

Sizin Reklam Yeriniz