Əlaqə Arxiv
news Image
2021.04.02
17:53
| A A A
Tayvanda qatar qəzası qurbanlarının sayı 54 nəfərə yüksəlib

Tayvanda ağır qatar qəzası nəticəsində həlak olanların sayı 54 nəfərə çatıb.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, qəzada daha 156 nəfər xəsarət alıb. Ölənlər arasında maşinist və onun köməkçisi də var. Bu qəza Tayvanın son 40 illik dəmir yolu daşımaları tarixində ən ölümcül hadisədir.

Xatırladaq ki, sərnişin qatarı yerli vaxtla səhər saat 9:00 radələrində (Bakı vaxtı ilə 5:00) Hualien rayonunda yerləşən dağ tunelinə daxil olan zaman qəzaya uğrayıb.

Polisin ilkin təhqiqatına əsasən, hadisəyə yamacda düzgün park edilməmiş mühəndis avtomobili səbəb olub. O, naməlum səbəblərdən sürüşüb və tunelə girməkdə olan qatara çırpılıb. Nəticədə iki vaqon relsdən çıxıb, ikisi isə güclü deformasiyaya uğrayıb.

Qatarın bir neçə vaqonunun tunelin daxilində qalması axtarış-xilasetmə işlərini çətinləşdirir.

Sizin Reklam Yeriniz