Əlaqə Arxiv
news Image
2021.04.03
11:49
| A A A
Varşavada azərbaycanlı gənclərə hücum oldu

Polşada azərbaycanlı tələbələrə soyuq silahla hücum edilib.

Movqe.az Report-a istinadən xəbər verir ki, hadisə martın 26-da paytaxt Varşavada baş verib.

Belə ki, ölkədə təhsil alan 6 azərbaycanlı gənc naməlum şəxslərin hücumuna məruz qalıb.

Məlumata görə, şəhərin Bemova rayonu ərazisində bir qrup şəxslə azərbaycanlı tələbələr arasında mübahisə yaranıb. Onlar azərbaycanlılara qarşı təhqiramiz ifadələr işlədərək hücum ediblər. Bu zaman əlbəyaxa dava düşüb.

Qarşı tərəf "beşbarmaq"la azərbaycanlı gənclərə yüngül xəsarətlər yetiriblər. Daha sonra həmin şəxslər hadisə yerindən qaçıblar.

Sizin Reklam Yeriniz