Əlaqə Arxiv
news Image
2021.04.04
12:50
| A A A
Çində balıqçı qayığı batıb: itkin düşənlər var

Çində Cıcian vilayətində balıqçı qayığının batması nəticəsində ən azı 4 nəfər itkin düşüb.

Movqe.az AZƏRTAC-a istinadla vilayətin sularda xilasetmə xidmətinə istinadla xəbər verir ki, göyərtəsində 20 nəfərin olduğu qayığın Cuciacian adasından 100 dəniz mili məsafədə qəzaya uğraması barədə xidmətə yerli vaxtla səhər 4:28-də məlumat daxil olub. Dərhal xilasedici qüvvələr hadisə yerinə cəlb edilib və əməliyyat nəticəsində 16 nəfəri xilas etmək mümkün olub. Onlardan 12 nəfəri xəstəxanaya yerləşdirilib.

İtkin düşənlərin axtarışlarına gəmilər, helikopterlər və dalğıclar cəlb olunub.

Sizin Reklam Yeriniz