Əlaqə Arxiv
news Image
2021.04.11
10:30
| A A A
Vyanada 15 yaşlı yeniyetmənin “zarafatı” həbslə nəticələnib

Aprelin 9-da Avstriyanın Federal Kansleri Sebastian Kurtsun ictimaiyyətlə videoformatda görüşü zamanı 15 yaşlı yeniyetmə aprelin 10-da saat 13:00-da Vyananın mərkəzində yerləşən Müqəddəs Ştefan Katedralına silahlı hücum baş verəcəyini elan edib.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, Avstriya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı “Kobra“ dəstəsi aprelin 9-da axşam saatlarında Terrorizmə qarşı Mübarizə Federal İdarəsinin təqdim etdiyi məlumatlar əsasında gəncin yerini müəyyən edərək həbs ediblər. İndiyədək hüquq-mühafizə orqanlarının cinayət reyestrində adı keçməyən gənc ilkin ifadəsi zamanı heç bir hücum planlamadığını, canlı yayımın çat bölməsində yazdıqlarının yalnız zarafat məqsədi daşıdığını bildirib. O, ictimai məkan sayılan canlı yayımda yazdıqlarının yaratdığı məsuliyyətin ona məlum olmadığını da etiraf edib.

Vyana Əyalət Kriminal İdarəsi bu hadisənin arxasında real terror təklükəsinin olma ehtimalını və gəncin radikal qruplaşmalarla mümkün əlaqələrini araşdırmaq üçün cinayət işinə başlayıb. “Zarafatı” ona baha başa gələn yeniyetmə isə araşdırmalar başa çatana kimi penitensiar xidmətin yeniyetmələr üçün müəssisəsində qalmalı olacaq.

Sizin Reklam Yeriniz