Əlaqə Arxiv
news Image
2021.04.23
11:34
| A A A
Çində elektrik aksesuarları zavodunda baş verən yanğında 8 nəfər ölüb

Çinin Şanxay şəhərində elektrik avadanlığı üçün aksesuarlar istehsal edən zavodda baş verən yanğında 8 nəfər ölüb.

AZƏRTAC şəhər meriyasının məlumatına istinadla xəbər verir ki, hadisə Cinşan rayonunda aprelin 22-də günortadan sonra baş verib. Dərhal hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub. Güclü yanğını söndürmək təxminən 16 saat çəkib. Aprelin 23-də hakimiyyət orqanları yanğın nəticəsində 2 yanğınsöndürən də daxil olmaqla, ölən 8 nəfərin meyitinin tapıldığını açıqlayıb.

Bədbəxt hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

Sizin Reklam Yeriniz