Əlaqə Arxiv
news Image
2021.05.17
10:17
| A A A
İsraildə sinaqoqun tribunası çökdü: 219 yaralı, 2 ölü

İsrailin Qivat-Zeev yaşayış məntəqəsində sinaqoqun tribunası çöküb.

Movqe.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə "Kan" radiosu məlumat yayıb.

Məlumata görə, tribunanın çökməsi nəticəsində yaralananların sayı 132 nəfərə çatıb. Ən azı bir nəfərin öldüyü bildirilir.

Yaralılardan 10-nun vəziyyəti ağırdır.

***

Qivat-Zeevdə sinaqoqun tribunasının çökməsi nəticəsində yaralananların sayı 167-yə çatıb.

Bu barədə “Maqen David Adom” təcili tibbi yardım xidməti məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində iki nəfər də ölüb.

***

Qivat-Zeevdə sinaqoqun tribunasının çökməsi nəticəsində yaralananların sayı 219 nəfərə çatıb.

Onlardan 15-nin vəziyyəti ağırdır.

Sizin Reklam Yeriniz