Əlaqə Arxiv
news Image
2021.05.21
09:20
| A A A
Yaponiyada leysan yağışlara görə 41 min sakin təhliyə edilir

Şiddətli yağışlar nəticəsində torpaq sürüşməsi və çayların daşması təhlükəsi səbəbindən Yaponiyada 41 min sakin təhliyə edilir.

Trend-in məlumatına görə, bu barədə yerli Kyodo agentliyi məlumat verib.

Bildirilir ki, xəbərdarlığı mərkəzi Aiçi prefekturasının 20 minə yaxın, qonşu Gifu prefekturasının 6.8 min, ölkənin qərbində yerləşən Vakayama və Osaka prefekturalarının təxminən 14 min sakini alıb.

Yaponiya Milli Meteoroloji İdarəsinin məlumatına görə, ölkənin bir sıra bölgələrində gün ərzində 100 ilə 200 mm arasında yağıntı düşə bilər.

Sizin Reklam Yeriniz