Əlaqə Arxiv
news Image
2021.05.25
10:14
| A A A
Gürcüstanda 4,8 bal gücündə zəlzələ olub

Gürcüstanın şimalında 4,8 bal gücündə zəlzələ olub.

Movqe.az Trend-ə istinadla bildirir ki, bu barədə Avropa-Aralıq Seysmologiya mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Rusiyanın Vladikavkaz şəhərindən təqribən 67 km cənub-şərqdə yerləşib. Təkanların ocağı isə 12 km dərinlikdə olub.

Sosial şəbəkələrdə yeraltı təkanların Tbilisidə və Rusiya Federasiyasının subyektləri - Çeçenistan, Dağıstan, İnquşetiya, Şimali Osetiya ərazisində də hiss olunduğu yazılıb.

Sizin Reklam Yeriniz