"Diriliş Ertuğrul"un baş qəhrəmanının ölüm xəbəri yayıldı
Sosial mediada yalandan ölüm xəbəri yayılan məşhurlar sırasına Engin Altan Düzyatan da qoşulub.
Movqe.az milli.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə aktyorun yol qəzasında öldüyü barədə şayiələr yayıblar.
Bunu görən aktyor sosial şəbəkədəki hesabından zarafatla "Eşitdiyimə görə, ölmüşəm" yazaraq xəbərin yalan olduğunu bəlli edib.