Əlaqə Arxiv
news Image
2017.10.10
11:36
| A A A
Azərbaycanda kreditlər bahalaşır

Azərbaycan Mərkəzi Bankı (AMB) avqust ayı üzrə depozit və kreditlər üzrə orta faiz dərəcəsini açıqlayıb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, avqustda manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,49%, xarici valyuta ilə 3,57% təşkil edib. İyul ayı ilə avqust ayını müqayisə edəndə məlum olur ki, manatla depozit və əmanətlər üzrə faiz dərəcəsi 0,66% artıb, xarici valyutada depozit və əmanətlər üzrə faiz dərəcəsi 0,08% azalıb. Ümumiyyətlə, manatla depozit və əmanətlərdə orta faiz illik 8,55%-dən 9,49%-ə yüksəlib, xarici valyutada 4,97%-dən 3,57%-ə enib.
 
Avqust ayında hüquqi şəxslərdən manatla depozitlər ortalama 4,84%, xarici valyutada isə 2,78%-dən cəlb edilib. Hesabat ayında fiziki şəxslərdən manatla cəlb edilmiş  depozitlərinin orta faizi 11,72%, xarici valyutada isə 4,20% olub.
 
Avqustda verilmiş kreditlər üzrə orta faiz dərəcəsinə gəlincə, bu göstərici manatla 13%, xarici valyuta ilə 10,62% təşkil edib. İyul ayı ilə avqust ayını müqayisə edəndə məlum olur ki, manatla kreditlər üzrə orta faiz dərəcəsi 0,10%, xarici valyutada kreditlər üzrə faiz dərəcəsi 0,62% artıb. Ümumiyyətlə, manatla kreditlərdə orta faiz illik 12,28%-dən 13%-ə, xarici valyutada 10,21%-dən 10,62%-ə yüksəlib.
 
Avqust ayında fiziki şəxslərə verilən kreditin orta faiz dərəcəsi manatda 16,10% xarici valyutada 16,25% olub. Hüquqi şəxslərə sözügedən ayda kreditlər manatda orta hesabla 9,02%, xarici valyutada 7,51% təşkil edib.   

Sizin Reklam Yeriniz