Əlaqə Arxiv
news Image
2017.10.26
21:30
| A A A
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Dolların məzənnəsi qərara sakit reaksiya verib

Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün keçirdiyi növbəti iclasında faizləri dəyişdirməyərək sabit saxlayıb.

"Report" xəbər verir ki, bununla da həftəlik repo faizi (uçot dərəcəsi), borclanma faizi (faiz dəhlizinin aşağı həddi), marjinal borcvermə faizi (faiz dəhlizinin yuxarı həddi) və gec likvidlik pəncərəsi (GLP) borcvermə faizləri dəyişməyib. Qeyd edək ki, bundan əvvəlki iclasda TCMB uçot dərəcəsini 8%, faiz dəhlizinin aşağ və yuxarı hədlərini 7,25% və 9,25% səviyyəsində sabit saxlayıb, GLP-ni isə 11,75%-dən 12,25%-ə yüksəldib.
TCMB yüksək inflyasiyanın yaratdığı makroiqtisadi risklər fonunda sərt monetar siyasətə davam etmək qərarı verdiyini açıqlayıb.
Qərardan sonra Türkiyədə dolların məzənnəsi son günlərdə 4%-ə yaxın bahalaşdığı üçün TCMB-nin qərarına sakit reaksiya göstərib və hazırda 3,78 lirəyə yaxın səviyyədə qərarlaşıb. 
"Report"un analitik qrupu dolların məzənnəsinin tədricən yüksəlməyə davam edəcəyini, 2018-ci ilin ilk yarısında sabitlik göstərdikdən sonra ilin ikinci yarısında artmağa davam edəcəyini proqnozlaşdırır: "2018-ci ildə isə məzənnənin 3,70-4,30 TRY/USD diapazonunda olacağı ehtimal edilir". 

Sizin Reklam Yeriniz