Mərkəzi Bank 250 milyon manat cəlb edir
Martın 19-da Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
Movqe.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, hibrid hərracda 250 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01-12,99 faizdir.