Əlaqə Arxiv
news Image
2018.04.12
20:00
| A A A
Azərbaycanda bu il daha 50 min kredit kartı dövriyyəyə buraxılıb

Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 673 min kredit kartı dövriyyədə olub.

“Movqe” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, kredit kartlarının sayı ilin əvvəli ilə müqayisədə 50 min ədəd və yaxud 8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 98 min ədəd və yaxud 17% artıb. 
Qeyd edək ki, martın 1-nə ölkədə cəmi 5,89 mln. ədəd ödəniş kartı dövriyyədə olub. Bunun da 5,216 mln. ədədi və yaxud 88,6%-i debet, 673 min ədəd və yaxud 11,4%-i kredit kartları olub. Debet kartlarının da 2,522 mln. ədədi sosial kartların, 1,88 mln. ədədi isə əmək haqqı kartlarının payına düşüb.

Sizin Reklam Yeriniz