Əlaqə Arxiv
news Image
2018.05.04
17:57
| A A A
Bu il 6 BOKT-un lisenziyası ləğv olunub

2018-ci il aprelin 1-ə Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 117 olub.

Movqe.az-ın Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, ilin əvvəlindən heç bir BOKT lisenziya almasa da, lisenziyası ləğv olunanların sayı 6 olub.  

Məlumatda qeyd olunub ki, aprelin 1-nə dövlət BOKT-nın sayı 1, özəl BOKT-ın sayı 116 olub.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən BOKT-ın 166 filialı var ki, bu filiallarda 2085 nəfər çalışır.
Sizin Reklam Yeriniz