Əlaqə Arxiv
news Image
2018.05.08
15:49
| A A A
Dünya Bankı: 2019-cu ildə Azərbaycan iqtisadiyyatı 3,8%, 2020-ci ildə 3,2% artacaq

2018-ci ilin proqnozlarına əsasən Azərbaycan iqtisadiyyatı fiskal stimullaşdırma tədbirləri  ilə 1,8% artacaq.

 

Movqe.az-ın məlumatına görə, bu barədə Dünya Bankının “Kriptovalyutalar və Blokçeyn texnologiyaları: Avropa və Mərkəzi Asiya Regionu üzrə İqtisadi Məruzə (Cryptocurrencies and Blockchain: Europe and Central Asia Economic Update)” adlı yeni hesabatında öz əksini tapıb.

 

Hesabatda qeyd olunub ki, bu il Azərbaycanda qeyri-neft ÜDM-də də artım qeydə alınacaq. Qeyri-neft sektorunda artım dövlət investisiyalarının 83%-dək artması ilə izah olunur.

 

 

2018-ci ilin sonuna "Şahdəniz 2" layihəsi çərçivəsində qaz hasilatına başlanacaq: "2018-ci ilin sonunda neft hasilatının həcminin azalması gözlənilmir. Bundan başqa, 2017-ci il ilə müqayisədə 2018-ci ilin sonuna neftin qiymətinin yüksək olacağı və bu qiymətlərin ortamüddətli perspektivdə sabit qalacağı proqnozlaşdırılır".

 

Hesabat müəlliflərinin fikrincə, karbohidrogen hasilatının artması və qeyri-neft ixracının  artımının davamlı olması, xarici tələbatın artması və qeyri-neft məhsullarının ixracatçılarına dövlət dəstəyinin güclənməsi Azərbaycanda ÜDM artımına müsbət təsir edəcək.

 

Bunu əsas götürən hesabat müəllifləri 2019-cu ildə Azərbaycanda iqtisadi artımın 3,8%, 2020-ci ildə isə 3,2% olacağını proqnozlaşdırır.

APA

Sizin Reklam Yeriniz