Əlaqə Arxiv
news Image
2020.08.26
10:05
| A A A
AMB açıq tender elan edib
Tenderdə iştirak haqqı 200 manatdır

Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərinin, nağd pulunun və nəqliyyat vasitələrinin sığortalanması üçün açıq tender elan edib.

Mövqe.az “Report”a istinadən  xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 15-i, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 24-ü, saat 11:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim edə bilərlər.

Tenderin nəticəsi sentyabrın 24-də, saat 12:00-da portalda açıqlanacaq. 

Sizin Reklam Yeriniz