Əlaqə Arxiv
news Image
2020.08.26
13:54
| A A A
Problemli kreditlər azalıb
Problemli kreditlər son 1 ildə isə 28,6% azalıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 1 062,4 milyon manat təşkil edib.

Mövqe.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,3% azdır.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 16,6%, son 1 ildə isə 28,6% azalıb.

İyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 7,3% təşkil edib. Bu nisbət iyunun sonuna da 7,3%, ötən ilin sonuna 8,3%, ötən il iyulun sonuna isə 10,9% olub. 

Sizin Reklam Yeriniz