Əlaqə Arxiv
news Image
2016.10.19
18:33
| A A A
10 bank üzrə 460 milyon manatdan artıq kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən 18 oktyabrda “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 820 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 milyon 976 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 18 milyon 070 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 850 min manatdan artıq kompensasiya ödənilib

Movqe.az Fonda istinadən verdiyi məlumata görə, 4 bank üzrə ümumilikdə 104 miyon 716 min manatdan artıq kompensasiya ödənilib.

18 oktyabrda “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 milyon 936 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 876 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 milyon 812 min manatdan artıq kompensasiya ödənilib.

18 oktyabrda “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 91 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 038 min manatdan artıq kompensasiya ödənilib.

18 oktyabrda “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 195 milyon 423 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 460 milyon 889 min manatdan artıq kompensasiya ödənilib.

Sizin Reklam Yeriniz