Əlaqə Arxiv
news Image
2016.10.25
12:56
| A A A
Bağlanan 10 bankın əmanətçilərinə 590 mln. manatdan artıq kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan Movqe.az-a verilən məlumata görə, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 mln. 883 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 51 mln. 22 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 23 mln. 75 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 858 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 109 mln. 838 min manatdan artıq kompensasiya veriib.

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 110 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 876 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 15 mln. 986 min manatdan artıq kompensasiya ödənilib.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 969 min manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 978 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya ödənilib.

"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 319 mln. 269 min manat artıq kompensasiya ödənişi baş tutub.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 590 mln. 131 min manatdan artıq kompensasiya ödənilib.

Sizin Reklam Yeriniz