Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi 10%-ə çatıb
Son bir ildə vaxtı keçmiş kreditlərin həcmi 17% artıb
Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin ümumi məbləği 2017-ci il martın 1-nə 1 556,4 mln. manat təşkil edib.
“Movqe” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki ayla müqayisədə 76,7 mln. manat və yaxud 4,7% azdır.
Son bir ildə isə vaxtı keçmiş kreditlər 226,9 mln. manat və yaxud 17,07% artıb.
Qeyd edək ki, bu il martın 1-nə problemli kreditlər ümumi kredit portfelinin 9,8%-ni təşkil edib. Bu nisbət ilin əvvəlində 8,96%, 2016-ci ilin analoji dövründə isə 6,5% olub.