Əlaqə Arxiv
news Image
2017.04.11
13:00
| A A A
Azərbaycan banklarının xarici öhdəlikləri kəskin azalıb
Bu tendensiyanın mart ayında da davam etməsi gözlənilir

 Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi martın 1-nə 7 511,3 mln. manat təşkil edib.

"Movqe" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, fevralın 1-nə olan göstərici ilə müqayisədə 560,4 mln. manat və ya 6,94% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə kommersiya banklarının xarici öhdəlikləri 99,7 mln. manat və ya 1,35% artıb.
"Report"un analitik qrupu hesab edir ki, kommersiya banklarının xarici öhdəliklərinin fevral ayında azalması manatın bahalaşması ilə izah olunur. Bankların xarici öhdəliklərinin mart ayında da dolların kəskin ucuzlaşması səbəbindən azalacağı proqnozlaşdırılır.

Sizin Reklam Yeriniz