Əlaqə Arxiv
news Image
2018.10.02
10:36
| A A A
Günün qoroskopu: real nəticələr əldə edəcəksiniz

Qoç - günün ilk yarısı darıxdırıcı təsir bağışlaya bilər. Situasiyanın zahiri təzahürlərinə aldanmayın. Rutin işlərlə məşğul olun.

Yasaqları pozanda, qadağalara məhəl qoymayanda sonucları və fəsadları düşünün. Ənənəvi, sınanmış metodları avantüra ilə əvəzləməyin. Sərt tənqid və etirazlarla qarşılaşa bilərsiniz. Sizə qaydaları, təlimatları və habelə işlərin başa çatdırılması gərəkən vaxtı xatırladacaqlar.

Yeni ideylarınız dəstəklənməyəcək.

Səbrli olun. Ailə üzvlərinə təzyiq etməyin. Nə isə etmək istəyirsinizsə, yalnız öz qüvvənizə bel bağlayın.

Yaşamınızı çətinləşdirən imkanlardan faydalanın.

Buğa - günün ilk yarısında sizi çox iş gözləyir. İşdə və ailədə "lokomotiv" rolunu oynamalı olacaqsınız. Yeni hədəf, fərqli məqsəd əla stimuldur. Köhnə planlardan birini reallaşdırmaq üçün əlverişli zamandır. Ətalətli olmayın, passiv davranmayın.

Başladığınız işi yarımçıq qoymayın.

Günün ikinci yarısında sərhədləri keçməyin, oyun qaydalarını pozmayın.

Səhhətinizin qeydinə qalın.

Travma və xəstəlik riskləri artır.

Texnika ilə çalışanda ehtiyatlı olun.

Əkizlər - asan gəlir etmək ideyalarını unudun. İşlər artır, fəaliyyətdə gərginlik motivləri çoxalır. İdeyaların reallaşdırılması üçün maliyyə dəstəyi gərəkdir. Ruhdan düşməyin. Maneələr və sədlər sizi passivləşdirməməlidir.

Günün ikinci yarısında hədəf və məqsədlərinizi təftiş edin. Yaxın ətrafınızdakı bəzi insanların aşkar rəqabət istəklərinə fikir verin. Dostlardan biri rəqibə çevrilə bilər. Unutmayın: maliyyə məsələləri, pul hərisliyi çoxlarını korlayır.

Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Xərçəng - adi günlərdən biridir. Heç bir ekstraordinar hadisə baş verməyəcək. Ev işləri ilə məşğul olmaq mümkündür. Alış-verişdə bədxərclik etməyin.

Qəfil təklif olarsa, gəlir istisna deyilsə, razılaşın. Maliyyə əməliyyatları üçün uğurlu zamandır.

Günün ikinci yarısında müstəqil çalışmaq daha sərfəlidir. Kimsə sizi qıcıqlandırırsa, belə adamdan uzaq olun. İradlar mübadiləsi münaqişəyə səbəb ola bilər. Nə qədər gec deyil, maraqlarınızı və qərarlarınızın fəsadlarını dəyərləndirin.

Nə istədiyinizi müəyyənləşdirin.

Axşam saatları səhhətinizin qeydinə qalın. Profilaktika üçün pis zaman deyil.
 

Şir - yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Aqressiv və eqoist olmayın. Tərəfdaşlarla əlaqələrdə müvazinəti pozmayın. Qarşılıqlı güzəştlərə hazır olun. Bəzi imkanlara və imtiyazlara görə mübarizə aparmanız gərəkdir.

Günün ikinci yarısında işdə maliyyə və ya ideoloji məsələlərə görə rəhbərliklə münasibətlər korlana bilər. Anlaşmalar, müzakirələr üçün əlverişli zaman deyil. Sərtlik əlaqələri korlaya bilər. Fərdi təşəbbüsləri ertələyin. Aktivliyiniz ciddi müqavimətlə üzləşəcək.

 

Qız - günün ilk yarısını qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün fayda ilə keçirə bilərsiniz. Konkret material nəticəyə yönəlmiş iş xüsusilə yaxşı sonuclar verəcək. Abstrakt mənfəətlə maraqlanmayın.

Günün ikinci yarısında ünsiyyəti birgə fəaliyyət və ya əməkdaşlıqla məhdudlaşdırın. Yaxın gələcəklə bağlı yeni planlar qurmaq olar. İşgüzar toplantılara qatılın, problemləri həll edin. Yazışmalarda passivlik etməyin.

Axşam saatları ev işləri üçün sərfəlidir. Daşınmaz əmlak və ya torpaqla bağlı problemləri həll etmək olar.

Tərəzi - haqqınızda deyilənlərlə yanaşı, situasiya ilə bağlı dəyərləndirmələrin yer aldığı sözlərə qulaq asın. Əsla gözləmədiyiniz mənbədən xəbər alacaqsınız. Şayiələr sürətlə yayılacaq. Gərəkli məlumatı əldə etmək çətindir.

Günün ikinci yarısında sizi narahat edən problem barədə ailə üzvlərinə danışa bilərsiniz. Axşam saatlarında yolda olsanız, gəvəzə insanın dediklərinə qulaq asmayın. Təxribatlara uymayın.

Axşam saatlarına yaxın gərginlik artacaq.

Əqrəb - başqalarının maraqları və mənafeləri arasında qala bilərsiniz. Ailədə və ya işdəki situasiyanın girovuna çevrilməyin. İqtisadi və siyasi prosesləri diqqətlə izləyin. Hadisələrə təsir imkanlarına malik insan sizə maneələr yaratmağa çalışacaq.

Günün ikinci yarısında nüfuzunuza və ya mövqelərinizə zərbələr vurmaq istəyən bədxahın qarşısını qətiyyətlə alın. Mübarizəsiz geri çəkilməyin. Daşınmaz əmlak, maddi məsələlərdə inadkarlıq edin. Yaradıcılıqla məşğul olmağa vaxt tapın, karyera inkişafını düşünün.

Uzunmüddətli rəqabətə hazır deyilsinizsə, mübarizə meydanını tez tərk edin.

Məişətdə genişmiqyaslı islahatlara başlamayın. Ailə üzvlərinin qəlbini qırmayın.

Oxatan - rutin məsələlələrin çoxluğu sizi əsas məqsəddən yayındırmamalıdır. Maddi məqamlar, xidməti öhdəliklər çox vaxt aparacaq. Yaxın dostlardan biri və ya qohumun yardıma ehtiyacı ola bilər.

Günün ikinci yarısında əsas yolla irəliləyin. Bütün işlərlə müstəqil məşğul olun. Başqalarının yardımlarından izafi istifadə etməyin. Əks halda artan gərginliyə dözməyə bilərsiniz. Həddən artıq güc və vaxt tələb edən işi ertələyin. Axşam saatlarında fiziki travma almamaq üçün diqqətli davranın.

Normal istirahət etməyə çalışın.

Oğlaq - maliyyə məsələlərində təmkinli davranın, emosiyalara uyaraq düşünülməmiş qərarlar verməyin. Həddən artıq sərt qənaətə zərurət duyulmur. Bununla belə, israfçılıq etməyin. Mənasız eksperimentlər aparmayın, bütün qüvvənizi və diqqətinizi real məqsədlərə yönəldin.

Günün ikinci yarısında hədəfləri təftiş etsəniz, real nəticələr əldə edəcəksiniz. Yaradıcılıq layihəsinə başlamaq, yaxın perspektivin planlarını yeniləmək olar. Risk etməkdən qorxmayın. Bununla bahəm illüziyalara qapılmayın, xam xəyallara aldanmayın.

Dolça - məqsədlərinizə çatmaq üçün xeyli çətinlikləri dəf etməli olacaqsınız. Sədlər və maneələrin sayı artacaq. Texniki, xidməti və məişət problemlərinin sayı artacaq. İradlar çoxalacaq, tələbat güclənəcək.

Günün ikinci yarısında ambisioz insan təsiri bağışlamayın. Haqlı olduğunuzu nəyin bahasına olursa-olsun göstərməyə çalışmayın. Rəqibləri haqlayın və onları geridə qoyun. Başqasının fəaliyyət arealında ehtiyatlı davranın.

Qələbələr asan başa gəlməyəcək. Axşam saatlarında travma və ya mənəvi məğlubiyyət riski var.

Balıqlar - ikinci dərəcəli işlərə diqqətiniz yayılmasın. Cari işlərlə məşğul olun, rutin məsələlərdən usanmayın. Əsas məqsədə doğru aparan yolda qətiyyətlə irəliləyin. İşlər nə qədər artırsa, ödəniş və gəlirlərlə bağlı problemlər sizi daha çox narahat edəcək.

Günün ikinci yarısında bilik və bacarıqlarınızı bilərəkdən az göstərməyə çalışmayın. Artıq heç nə istəməyin. Tələblərin zamanı deyil. Aradığınız məlumatı internetdə tapa bilərsiniz. İşdə rəhbərliklə mübahisə etməyin. Heç bir real səbəb olmadan həmkarlarla münasibətləri korlamayın. Səhhətinizə fikir verin.

Milli.Az

Sizin Reklam Yeriniz