Əlaqə Arxiv
news Image
2014.03.19
00:18
| A A A

Qoç - Düşünülməmiş risk və emosional qərarlara yol verməsəniz, gün uğurlu alınacaq. Əvvəlcədən hazırlanmış plan üzrə hərəkət edin. Əgər improvizə etməli olsanız, yaxın ətrafınızdakı insanları heyrətləndirəcək və ya təəccübləndirəcək əməllərə yol verməyin.

Buğa - Ciddi, ağır problemlər yaranmayacaq. Kiçik problemlərin və xırda çətinliklərin öhdəsindən isə asanlıqla gələcəksiniz. Gün ümumən pis keçməyəcək. Parlaq qələbələr, işlərdə əhəmiyyətli uğurlar gözləməyin. Yaxınlarla münasibətlərdəki anlaşılmazlığı aradan qaldırmaq şansları var. Fəqət bilin ki, mübahisələr üçün yeni səbəblər formalaşa bilər.

Əkizlər - Gün ciddi problemlər vəd etmir. Amma əhvalınız daha yaxşı ola bilərdi. Emosiyalarınıza nəzarət edin. Çətin olsa da, bunu bacarın. Təmas və ünsiyyətinizi məhdudlaşdırın. Bir qədər tək qalın, tənhalığa qapılın, hisslərinizi yerbəyer edin. Bədbin olmayın.

Xərçəng - Ən mühüm işləri günün ilk yarısında başa vurmaq olar. Məhsuldar və ümidlər vəd edən zamandır. Aktiv olsanız, saatlarınız pis keçməyəcək. Məsləhətlərə qulaq asın. Riskli işlərə başlamayın, təhlükəli əməliyyatlarda gəlir aramayın. Kiçik maliyyə itkiləri istisna deyil. Anlaşma və sövdələşmələrdə diqqətli, sayıq olun. Günün ikinci yarısında dəvət aldığınız tədbirlərin hamısına qatılmayın.

Şir - Çoxsaylı yeni imkanlar yaradan yaxşı gündür. Yeni biliklər və bacarıqlar əldə etmək, informasiya almaq şansları yaranıb. Sərfəli anlaşmalar və sövdələşmələrə nail olmaq mümkündür. Kommersiya fəaliyyətində yeni mərhələyə keçə bilərsiniz. Konfrans və seminarlarda iştirak etmək olar. Günün ikinci yarısında romantik və işgüzar səfərlər gözləntilərinizə cavab verəcək.

Qız - Peşəkar fəaliyyətinizlə bağlı önəmli qərarlar qəbul etməyin. Düzgün qərar vermək üçün informasiya yetərli deyil. Bu səbəbdən də situasiyanı yanlış dəyərləndirə bilərsiniz. Fikir və ideyalarınızı açıqlamayın. Əks təqdirdə yaxın ətrafınızdakı insanlarla münasibətlərdə ağır anlar yaşana bilər Günün ikinci yarısında bəzi hadisələr sizi təbdən çıxara bilər.

Tərəzi - Bilik və bacarıqlarınızdan yararlanın, təcrübənizdən faydalanın. Qüvvənizlə potensialınıza ifrat dərəcədə güvənməyin. Yeni müttəfiqlər tapmağa çalışın. Uğursuzluğa düçar olacağınız halda ən yaxın dostlardan birinin sizi tərk edəcəyinə hazır olun. Günün ikinci yarısında köhnə dostlar sizi xoş xəbərlərlə sevindirəcəklər. Çoxdan bəri həllini tələb edən problemlərdən birini çözmək olar.

Əqrəb - Yeni işlərə və layihələrə başlamaq üçün əlverişli zaman deyil. Genişmiqyaslı layihələrə start verməyin, kiçik işlərlə kifayətlənməyə çalışın. Ünsiyyətdə problemlər yarana bilər. Yardım üçün müraciət etsəniz də, sizə kömək etmək istəyən yoxdur. Karyeranızın inkişafı və maddi rifahınızın asılı olduğu insanlarla təmaslarda problemlər yaratmayın.

Oxatan - Bir çox məqamlar baxımından uğurlu gündür. Yaxın insanlarla təmaslardan həzz almaqla yanaşı, peşəkar fəaliyyət müstəvisində işləri qaydaya sala bilərsiniz. Maliyyə çətinliklərini aradan qaldırmaq imkanları var. Mühüm sənədləri hələlik imzalamayın. Ümumiyyətlə, sənədləşdirmə işlərindən kənar durmağa çalışın. Diqqətli olun, ciddi səhvlərə yol verməyin.

Oğlaq - Kiçik problemlər və xoşagəlməz olaylar istisna olmasa da, ümumən gün pis deyil. İndiyədək sizə rəğbət bəsləməyən insanlarda belə xoş təəssürat yarada bilərsiniz. Nüfuzlu insanlardan dəstək almaq, haminin yardımlarına nail olmaq mümkündür. Biznes və ya kommersiyada yeni layihələrə başlamaq olar.

Dolça - Nüfuzlu şəxslərlə təmaslar və yeni tanışlıqlar üçün əlverişli gündür. Yaxın ətrafınızdakı insanlarla yanaşı, ünsiyyətdə olduğunuz insanlarda özünüzlə bağlı xoş təəssüratlar yarada bilərsiniz. Yeni tərəfdaşlar və müttəfiqləriniz olacaq. Problemlərin həllində yaradıcı yanaşmanı nümayiş etdirmək olar.

Balıqlar - Günün ilk yarısında mühüm və önəmli işləri planlaşdırmayın. Xoş görüş, maraqlı insanlarla təmaslar, parlaq təəssüratlar ola bilər. Cari işlər sizə darıxdırıcı və rutin təsir bağışlaya bilər. Onları başqalarına tapşırmaq istəyirsiniz. Lakin belə insanlar yoxdur. Özünüz çalışın, işləri başa vurun. Yarımçıq işlər qoymayın.

Sizin Reklam Yeriniz