Əlaqə Arxiv
news Image
2014.04.11
09:00
| A A A
Aprelin 11-nə olan astroloji proqnoz

Qoç - məsrəflərin çox olacağı bir gündür. Pulları asanlıqla, düşünmədən xərcləsəniz, risklərlə qarşılaşa bilərsiniz. İşlərin öhdəsindən pis gəlmirsiniz. Yaxın ətrafınızdakı insanlar uğurlarınızı görmək istəmirlər. Durum sizdə inciklik və ya bədbinlik yaratmasın. Düşünülməmiş addımlar atmayın, spontan qərarlar verməyin.

Buğa - yaşam enerjisinin çatışmazlığından şikayətlənməyə haqqınız yoxdur. Bir çox işlər görə bilərsiniz. Çox mürəkkəb sifariş və ya tapşırığı yerinə yetirəcəksiniz. Günün ikinci yarısı görüş, sizin üçün mürəkkəb mövzunun müzakirəsi üçün əlverişli zamandır. Problemlər çözümünü tapır.

Əkizlər - çətin, qarışıq gündür. İndiyədək asan və sadə hesab etdiyiniz işlər ehtimal etdiyinizdən də mürəkkəb və hətta təhlükəli səciyyə alır. İtkiləri minimallaşdırmağın yollarını tapın. Dürüst yolu seçin. Bu və digər qərarı niyə qəbul etdiyinizi izah etmək üçün çox vaxt itirməyin. Günün ikinci yarısında uzaq tanışlardan biri sizinlə maraqlanacaq. Yeni tanışlıqlar, romantik münasibətlər üçün əlverişli zamandır.

Xərçəng - bütün işlərin öhdəsindən gələ bilməməyinizlə barışın. Güclü, nüfuzlu, hiyləgər rəqibləriniz var. Yetərincə yorucu olsa da, işləri tamamlayın. Geri çəkilməyin. Rəqabət maraqlı ola bilər. Qarşınızda duran problemlərin çətinliyi sizin qəbul etmək məcburiyyətində qaldığınız çağırışdır.

Şir - uğursuz gün ola bilər. Ən xırda, mənasız məsələlərə görə yaxınlarınızla qarşıdurmalar, münaqişələr yaranır. Ehtiyac yaransa da, güzəştə meylli deyilsiniz. Belə davransanız, problemlərinizin sayı sürətlə artacaq. Sakitləşin, effektiv yolu seçin. Həddən ağır fiziki iş məsləhət deyil. Yorğunluq sizdə stressi daha da artıra bilər. Günün ikinci yarısında sevdiyiniz insanla ünsiyyətdə diqqətli olun. Münasibətlərin sərinləşməsinə yol verməyin. Səfərə yollanmaq məsləhət deyil. Yolda təxminlədiyinizdən də çox vaxt keçirəcəksiniz. Qız - əvvəlki günlərdən fərqli olaraq işgüzar fəallıq səviyyəsi bir qədər aşağıdır. Süst olmayın, tənbəllik etməyin. Asta, aramla çalışaraq məhsuldarlığı azaltmayın. İşdə rəhbərlik və həmkarlar sizinlə danışmaq istəyirlər. Tərəfdaşla durumu müzakirə edin. Aqressiv və qıcıqlı olmayın.

Tərəzi - istənilən formada riskdən uzaq durun. Dürüst davranın. Ehtiyatlı və sayıq olmaq bu gün ən yaxşı yardımçılarınızdır. Saatlar keçəndən sonra yaxşı ideya yaranacaq. Həmin ideyanı dərhal reallaşdırmağa başlayın. Ötənlərdə yaşanmış hadisələri bir daha xatırlayın. Özünüzlə yanaşı, yanınızdakı insanları da heyrətləndirəcək nəticəni görəcəksiniz.

Əqrəb - müstəqilliyə can atırsınız. Fərdiliyiniz və təkrarolunmazlığınızı bir daha göstərmək üçün ümumi "oyun qaydaları"nı pozmayın. Yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Müttəfiq olmasa, işlər çətinləşəcək. Belə adam sizi bütün çətin işlərdə dəstəkləyə bilər.

Oxatan - işləmək üçün əla gündür. Yorucu, usandırıcı, mürəkkəb, xüsusi bilik və bacarıq tələb edən işlərin öhdəsindən gələcəksiniz. Diqqətinizi əsas məqama yönəldərək ikinci dərəcəli, o qədər də əhəmiyyətli olmayan məsələləri kölgədə saxlayın. Kiçik işləri etibar etdiyiniz insanlara həvalə edərək, gerçəkdən də, mühüm sifariş və ya layihənin icrası ilə məşğul olun.

Oğlaq - yaxın ətrafdakı insanlarla anlaşmaq, dil tapmaq çətinləşir. Bu yaxınlaradək birgə çalışdığınız insanlardan biri ilə münasibətlərdə problemlər yaranacaq. Sevdiyiniz insanlara kəskin iradlar bildirsəniz, mübahisə və hətta münaqişə qaçılmazdır.

Günün ikinci yarısında maliyyə itkisi, bahalı əşyanın sınması, əmlaka zərər dəyməsi riski var.

Dolça - yaxın qohumlardan biri ilk baxışdan xoşagəlməz təsir bağışlayacaq sürpriz edə bilər. Emosiyalarınıza hakim olun. Qıcıqlanmayın, sinirlənməyin. Əks təqdirdə münaqişə yarana bilər. Situasiyanı təmkinli və sakit şəkildə təhlil edin. Anlayacaqsınız ki, hər şey o qədər də pis deyil.

Balıqlar - yetərincə uğurlu gündür. Müsbət təmayüllərin təsiri şəxsi münasibətlərdə daha çox olacaq. Yaxın ətrafınızdakı insanlarla münasibətlərin normal məcradan çıxmasına imkan verməyin. Bir çox problemlərin öhdəsindən gələ bilərsiniz. Yaşamınıza əhəmiyyətli təsir göstərəcək yeni münasibət, yeni əlaqə istisna deyil. Hisslərinizi etiraf edin.
Sizin Reklam Yeriniz