Əlaqə Arxiv
news Image
2014.05.04
10:05
| A A A
Mayın 4-nə olan astroloji proqnoz

QOÇ– Mübahisələr silsiləsinin sonuncu mərhələsindən keçməli olacaqsınız. Bu səbəbdən dəmir kimi möhkəm olmağa cəhd edin. Saat 15-18 arası xoş təsadüflərin də şahidi ola bilərsiniz.

BUĞA– Ümumi mənzərə müsbət ovqatdan xəbər verir. İştirakçısı olduğunuz proseslər daha çox xeyrinizə cərəyan edəcək. Mistik düşüncələrə dalıb özünüzü yormaqdansa, daxiliən hesabat verin.

ƏKİZLƏR– Qarşınızda maraqlı bir təqvim durur. Hər hansı xoşagəlməzliyi gözləməyə dəyməz. Yaşca sizdən böyük olanlara diqqət ayırın. Əgər işlə bağlı olmasa, uzaq səfərə çıxmayın.

XƏRÇƏNG– İşləriniz çox olacaq. Üzərinizə düşən bütün öhdəliklərə məsuliyyət və sevgi ilə yanaşın. Əgər fəaliyyətinizə mane olmasa, yeni təklifləri rədd etməyin. Bu gün ağır qidalar yeməyin.

ŞİR- Nahara qədər bütün gücünüzlə təmkininizi qorumağa çalışın. Bunu bacarsanız, növbəti müddətdə ciddi narahatlığınız olmayacaq. Davranışlarınızda daha çox ədalət prinsiplərinə söykənin.

QIZ– Rastlaşdığınız bütün sıxıntı və gərginliklərə baxmayaraq, özünüzdə güc tapıb yeni mərhələyə hazır olmalısınız. Unutmayın ki, hərəkət etməsəniz, heç kim kənardan gəlib sizə yardımçı olmayacaq.

TƏRƏZİ– Ailə üzvlərinizin, sevdiyiniz adamların nəbzini tutmağa çalışın. Əgər qüsur özünüzdə olarsa, üzr istəməkdən çəkinməyin. Qürurlu olmaq belə məqamlarda keçmir. Varlanma ehtimalınız var.

ƏQRƏB– İş günü olsa da, daha çox istirahətə vaxt ayırın. Çünki hər hansı fəaliyyət uğuru gözlənilmir. Əgər şərait yaransa yaxın ünvanlara qonaq getmək və ya sakit guşələrdən birində dincəlmək də olar.

OXATAN– Astroloji göstəricilər ümumi proseslərdən müsbət nəticəyə gələcəyinizi bildirir. Ola bilsin ki, itirilmiş nüfuzunuzu da qaytarasınız. Bu gün mənfi yüklü ifadələr işlətməyin ki, gözdən düşməyəsiniz.

OĞLAQ– Daxili gərginliyinizi dəf etmək üçün özünə və gücünə etibar etdiyiniz insanlarla bir araya gəlin. Bu gün sizin ağıllı fikir və məsləhətlərə böyük ehtiyacınız olacaq. Axşamı evinizdə keçirin.

SUTÖKƏN– Başa düşülməməyiniz sizi stress halına gətirə bilər. Buna qətiyyən yol verməyin. Çünki gün ərzində beyninizi dincəltmək əsas vəzifəniz olmalıdır. Qida və yuxunuza ciddi fikir verin.

BALIQLAR– Ulduzların düzümü təkbaşına hansısa işə girişməyi yolverilməz sayır. Mütləq müttəfiq köməyindən istifadə etməlisiniz. Günün sonuna doğru maddi cəhətdən irəliləyişə nail ola bilərsiniz.

Sizin Reklam Yeriniz