ƏKİZLƏR
Hər şey öz davranışlarınızdan asılı olacaq. Odur ki, təmasda
olduğunuz hər bir adamla sivil tərzdə davranın. Yaxınlarınızla və
dostlarınızla üstüörtülü söhbətlərdən yayının. Günün axırı
müvəqqəti, lakin yaxşı maliyyələşdirilmiş iş təklifi gözlənilir.
Hansısa qərara gəlmək üçün öz planlarınızı qətiləşdirin.