Əlaqə Arxiv
news Image
2014.06.15
10:02
| A A A
İyunun 15-nə olan astroloji proqnoz

QOÇ - Bütün diqqətinizi ailə məsələlərinə və tərəf-müqabilinizlə münasibətlərə yönəldin. Hər hansı mübahisə başağrınıza səbəb ola bilər. Allaha düşmən olan falçı və cadugərə üz tutmayın.

 

 

BUĞA - Hansısa sövdələşmə ilə bağlı bəzi anlaşılmazlıq yarana bilər. Lakin bunu zorakı üsullarla yoluna qoymaq səmərəsizdir. Nahardan sonra sevgi sahəsində sevinəcəyiniz gözlənilir.

 

ƏKİZLƏR - İşgüzar əlaqələrinizi sıxlaşdırmaq, qlobal məsələləri həll etmək üçün sərfəli vaxtdır. Amma təşəbbüskarlığı və fikir mübadiləsində liderliyi öz əlinizdə saxlamalısınız.

 

XƏRÇƏNG - Bir tərəfdən məqsədlərinizə gedən yolların bağlılığı, digər tərəfdənsə sizi başa düşməyənlərin artması ovqatınıza mənfi təsir göstərməkdədir. Amma xoş nəticə üçün azacıq dözməlisiniz.

 

ŞİR - Günün ümumi mənzərəsi qənaətbəxş olsa da, bəzi vacib məsələlərdə həlledici qərarı özünüz çıxarmalısınız. Xüsusən də nahardan sonra uzaqgörənliyinizə ehtiyacınız olacaq. 

 

QIZ - Ən ümdə arzularınızı gizli saxlayın. Özünüz də bilirsiniz ki, qabaqcadan nəyisə demək sizə düşmür. Ürəyinizi incitsə də, xoşbəxtliyiniz naminə kiməsə sirr verməməlisiniz.

 

TƏRƏZİ - Ulduzlar pulla bağlı məsələlərdə, eləcə də fəaliyyət sahəsində sizi müvəffəqiyyətlər gözlədiyini bəyan edir. Odur ki, bu istiqamətdə istənilən təklifi qəbul etməyə dəyər.

 

ƏQRƏB - İkinci dərəcəli bütün planlarınızı təxirə salın. Çünki bu təqvimdə əsas müvəffəqiyyətiniz yalnız işlə bağlı olacaq. Həmkarlarınızla söz güləşdirməyin. Təmkinli olun.

 

OXATAN - Nədənsə son vaxtlar ulduzların tövsiyələrinə əməl etmirsiniz. Belə passivliklə irəli getmək isə çox çətindir. Bu səbəbdən də nahardan sonra gözlənilən önəmli şanslardan bəhrələnməlisiniz.

 

OĞLAQ - Ay bürcünüzdə olduğu üçün nəqliyyatla, eləcə də təhlükəli cihazlarla ehtiyatlı davranmalısınız. Mübahisələr də istisna deyil. Axşama yaxınsa sevindirici məqamlar mümkündür.

 

SUTÖKƏN - Göy qübbəsi bəxtinizə neytral bir təqvim təyin edib. Odur ki, hansısa qlobal problemi həll etmək və ya hansısa təhlükə ilə üzləşmək barədə düşünməməlisiniz. Yalnız pul mümkündür.

 

BALIQLAR - Bəxtinizə inana bilərsiniz. Belə ki, ömrünüzün çoxsaylı məqamlarında olduğu kimi bu gün də gözləmədiyiniz halda hansısa probleminiz həll olunacaq. Maddi durumunuz da yaxşılaşacaq.


Sizin Reklam Yeriniz