BÜRCLƏR - 9 FEVRAL
Movqe.az bu günə olan ulduz falını təqdim edir.
Qoç- günün ilk yarısında fəaliyyətiniz
real gəlir gətirə bilər. Mühüm anlaşmaya nail olmaq şansları artır.
Etibarlı insanlar və inandığınız işgüzar tərəfdaşların
yardımlarından bəhrələnin. Yazışmalarda diqqətli olun. Emosiyalarınıza nəzarət edin. Sevdiyiniz insanla münasibətləri günün ikinci yarısında normallaşdırın. Birgə səfər, təhlil və fəaliyyət üçün yaxşı zamandır. Axşam saatlarına yaxın istənilən formada risklərdən uzaq durun. |
Buğa- işlərdə uğur vəd edən asan, rəvan
gündür. Sakit olun, emosiyalara qapılmayın. Ən kiçik uğurlara
möhtəşəm zəfər təki sevinməyin. Gərəkli insanlarla əlaqələr
yaratmaq, işdə rəhbərliklə danışıqlar aparmaq üçün gözəl
gündür. Günün ikinci yarısında gərəkli adamlarla danışıqlarda ümumi məsələlərin təhlilindən kənara çıxmayın. İşdə rəhbərliklə müzakirələrdə mövqelərinizdən geri çəkilməyin. Şəxsi münasibətlərinizdə problemlər yaranmayacaq. Sevdiyiniz insanın qəlbini qırmayın. Fəqət sirrinizi ən yaxın bildiyiniz adama da etibar etməyin. Bu gün onların reaksiyası adekvat olmayacaq. |
Əkizlər- yaşamın olaylarından
faydalanaraq çoxdan bəri nəzərdə tutduğunuz layihəni reallaşdıra
bilərsiniz. Dostlar sizə yardım etmək istəyəndə nəzakətlə cavab
verin, amma müstəqil fəaliyyət göstərin. Son günlərdəki
davranışınızı təhlil edin, nöqsanlarınızı aşkarlamağa çalışın.
Orijinal ideya olacaq. Emosional durumunuzu yaxşılaşdırmağın yollarını arayın. İşlərdə həddən artıq tələskənliyə yol verməyin. Günün ikinci yarısında yeni münasibətlər formalaşa bilər. Potensial sifarişçilərin təkliflərini diqqətlə dinləyin. Sevdiyiniz insanı anlayın, ondan hali olun. |
Xərçəng- günün ilk yarısında
başladığınız işlərdə diqqətli olun. Dəyişən situasiyanın zahiri
görüntülərinə aldanmayın. Bəzi problemlərin həllini ertələyərək
istirahət fikrinə düşmək uğur vəd etmir. Emosiyalarınıza hakim
olun. Dəyər verdiyiniz insanların dediklərinə qulaq asın. Günün ikinci yarısında ailə üzvlərindən birinin problemi yenidən aktuallaşacaq. Çətinliklərin bir parasını əvvəlcədən təxminləmək mümkündür. Vəziyyətin ağırlaşmasına hazır olun. Yaxınlarınızla mübahisə, çək-çevir etməyin. Münasibətləri aydınlaşdırmağa çalışmayın. Axşam saatlarında normal istirahət edin. |
Şir- yaxın dostunuza və ya həmfikirinizə
çevrilə biləcək insanla qarşılaşacaqsınız. Tərəfdaşlarla ünsiyyətdə
maraqlarınızın təminatını ön plana çəkməyin. İşləriniz o qədər də
böyük sürətlə irəliləməsə də, pəjmürdə olmayın. Günün ikinci yarısında problemlərinizi həll etmək üçün başqalarından sui-istifadə etmək fikrinə düşməyin. Bütün diqqətinizi bir işə yönəltməyin. Önəm vermədiyiniz məsələlərdən biri, əslində, çox mühümdür. Yaxınlarınıza verdiyiniz vədləri əsla unutmayın. |
Qız- işlərinizin sürətli inkişafında
maraqlı olsanız, daha yaxşı nəticələr əldə edə bilərsiniz. Ticari
anlaşmalar və sövdələşmələr pis olmayacaq. Ərzaq, kənd təsərrüfatı
məhsulları ilə bağlı anlaşmalar gəlir vəd edir. Planlaşdırdığınız işləri ertələməyin. Alış-verişdə bədxərclik etməyin. Günün ikinci yarısında yaşam arealının rekonstruksiyası ilə məşğul olmaq mümkündür. Fəaliyyət sahəsində yeniliklər qaçılmazdır. Vədlərinizi unutmayın. Öhdəlikləri yerinə yetirin. Sözdən işə keçin. Axşam saatlarında istirahətə yollanın. |
Tərəzi- səliqəli, ehtiyatlı və eyni
zamanda, qətiyyətli olun. Peşəkar fəaliyyətinizdəki nüanslara ciddi
fikir verin. Diqqətinizi əsas işdə cəmləyərək tam konsentrasiyaya
nail olun. Başladığınız işi yaxşı görün. Belədə nəticələrdən razı qalmaqla yanaşı, yaxın ətrafınızdakı insanların sayğısını da qazanarsınız. Günün ikinci yarısı müxtəlif səfərlər üçün əlverişlidir. Yola çıxsanız, maraqlı insanla qarşılaşa bilərsiniz. Tanışlar və dostlarla təmaslarda alicənab olun. Axşam saatlarında gəzinti pis olmaz. |
Əqrəb- etibarlı tərəfdaşlarla
əməkdaşlığa üstünlük verin. İşlərinizdə məntiqli olun. Daxili
səsinizə, intuisiyanıza qulaq asın. Minimal itkilərlə uğur əldə
etməyə imkan verəcək modeli intuitiv olaraq seçin. Düşünülmüş,
səbatlı fəaliyyət planınız olmalıdır. Günün ikinci yarısında yaxın qohumlarınızdan biri sizdən yardım istəyəcək. Onun sözlərini qulaqardına vurmayın. Maliyyə və mənəvi yardım istəyənə kömək edin. Axşam saatlarını özünüzə həsr edin. |
Oxatan- günün ilk yarısında bir qədər
tək qalmaq, fikrə dalmaq, ətrafla təmasları minimuma endirməyə
çalışacaqsınız. Bədbin olmayın. Yaşanan problemlərin hamısını həll
etmək olar. Rəqiblər yeni intriqalara başlayacaqlar. Bu isə
diskomfortluq hissi yaradacaq. Hətta yorğunluq da istisna
deyil. Günün ikinci yarısında təmasları intensivləşdirməyə cəhd göstərməyin. Sevdiyiniz insanın qayğısına qalın, onu narahat edən məsələləri araşdırın. Səhhətinizə fikir verin. Özünüzü qoruyun. |
Oğlaq- adi günlərdən fərqli olaraq bu
gün işləri daha tez və geniş miqyasda başa vurmağa çalışacaqsınız.
Bunu etməyin, çünki hadisələrin aramlı gedişatına təsir mənfi
nəticələr verə bilər. Qarşınıza qoyduğunuz məqsədləri
konkretləşdirin. Yaxın ətrafınızdakı insanlardan üstün olduğunuzu
düşünməyin. Günün ikinci yarısında dəyər verdiyiniz insanlarla münasibətlərinizi gərə biləcək olay yaşana bilər. Diqqətli olun. Tərəfdaşlarla danışıqlar zamanı aqressiv davranmayın. Emosiylara qapılaraq sonradan təəssüf hissi yarada biləcək addımlar atmayın. Axşam saatlarında çox yeməyin. |
Dolça- gəlir mənbələri ilə bağlı
problemlərin həll yollarını arayın. Lazımi vaxtda gərəkli addımlar
atmasanız, çətin vəziyyətə düşə bilərsiniz. Fəaliyyətinizi
sistemləşdirin. Zərurət yaranarsa, müstəvini genişləndirin. Çalışdığınız yerdə mövqelərinizi möhkəmləndirməyə çalışın. Rejimə riayət edin, tapşırıqları vaxtında yerinə yetirin. Sevdiyiniz insanla münasibətləri əsla korlamayın. Emosiyalar və qarşılıqlı anlaşma ailədə harmoniya vəd edir. |
Balıqlar- günün ilk yarısından etibarən
işlərinizə məsuliyyət və diqqətlə yanaşsanız, uğur əldə
edəcəksiniz. Maraqlandığınız, sevdiyiniz işlərlə məşğul olmağa
çalışın. Dəqiq fəaliyyət planı hazırlayın. İşgüzar tərəfdaşlarla
stabil münasibətlər qurun. Günün ikinci yarısında danışıqlar və müzakirələrdə mövqelərinizdən geri çəkilməyin. Yaxın qohumlarınız sizi dəstəkləyə bilər. Yaşam arealını yaxşılaşdırmaq, rahat ortam yaratmaq üçün əlverişli zamandır. Məişət qayğılarının çözülməsində təfərrüatlara fikir verin. |