Qoç- Bəzi işlər sizi yormasın deyə
hiperaktivlik etməyin. Uzunmüddətli layihələr gəlir verməyəcək.
Onları müəyyən müddətə ertələyin. Həddən artıq çalışmayın, özünüzü
yormayın.
İkinci dərəcəli problemlərin həlli ilə sabah da məşğul olmaq
mümkündür.
Günün ikinci yarısı emosional zamandır. Şəxsi münasibətlərdə
əsəblər gərilə bilər. Dəyər verdiyiniz insanla təmaslarda
harmoniyaya nail olun. Laqeyd və qaba insan təsiri
bağışlamayın.
Buğa- Cari məsələləri düşünün, rutin
işlərdən boyun qaçırmayın. Böyükmiqyaslı məsələnin həllinə başlamaq
olar. Məqsədə aparan yolda qətiyyətlə addımlasanız, uğur əldə
edəcəksiniz. Amma bir qədər sonra kiçik problemlərin sayının
artması sizi seçim qarşısında qoya bilər.
Yüz ölçüb, bir biçin.
Problemlərinizin həlli bütün diqqətinizi alaraq ailə üzvlərinizə
laqeyd yanaşmanıza səbəb olmamalıdır. Qohumlara baş çəkmək üçün pis
zaman deyil.
Romantik görüşü təxirə salın.
Əkizlər- Bilik və bacarıqlarınızı
artırın. Yeni təcrübəni əxz edin. Bədxərcliyə yol verməyin, lazım
olduğundan artıq pul sərf etməyin. Müxtəlif "status" əşyaları sizi
şirnikləndirməsin. Pulsuz qalmamaq üçün nəyi nə üçün aldığınıza
qərar verin.
Günün ikinci yarısında ailədə səmimi, harmonik ortam yaradır.
Ünsiyyət xoş hisslər bəxş edəcək. Axşam saatlarına yaxın fəaliyyət
tempini bir qədər azaldın. Mədədə ağrılar yaranmasın deyə
rasionunuza fikir verin.
Xərçəng- Ətrafınızdakı insanların
emosional durumu və əhvalı sizə də təsir edəcək. Sizi anlasınlar
deyə, hər şeyi maksimal dərəcədə sadələşdirməyin. Qayğıkeş olun,
laqeyd insan təsiri bağışlamayın. Nöqsanlarınızın tənqidi sizi
ruhdan salmasın.
Günün ikinci yarısında ailə üzvlərindən biri ilə münasibətlərdə
çətinliklər yaranacaq. Dediklərinizə çox sərt reaksiya veriləcək.
Dartışmalar, çək-çevir, münasibətlərin aydınlaşdırılması üçün yaxşı
zaman deyil.
Səhhətinizi düşünün.
Şir- Planlarda dəyişikliklər zamanıdır.
Tənqid hədəfinə çevrilməmək üçün düşünülməmiş addımlar atmayın.
Əhvalınızın ətrafınızdakı insanların durumuna təsir etməməsinə can
atın. Daşınmaz əmlakla bağlı əməliyyatları ertələyin.
Günün ikinci yarısında qısa səfər uğurlu alınacaq. Dəyər verdiyiniz
insanlardan birinin davranışı sizi qıcıqlandıra bilər. Mübahisələrə
qatılmayın, mənasız diskussiyalardan yayının. Yeni pəhrizi sınamaq
üçün axşam saatları münasibdir.
Qız- Yeni biliklər və məlumatlar əldə
etmək üçün münasib zamandır. Yaxın ətrafınızdakı insanların
yardımlarına güvənməyin. Onların arasında sizə yardım etmək
əvəzinə, yararlanmaq, faydalanmaq istəyənlər var. Başqasının
barəsində danışılan dedi-qoduya qatılmayın. Şayiələrin daşıyıcısı
olmayın.
Günün ikinci yarısında yaxınlarınız və ailə üzvləriniz
fikirlərinizi paylaşmayacaqlar. Şəraiti dəyişsəniz, normal
istirahət edə biləcəksiniz. Axşam saatlarında dostların yanında
olun.
Tərəzi- Günün ilk yarısı uğurlu
zamandır. Tez həlli mümkün problemlərə yetərincə zaman ayırın. Yeni
layihələrin startını bir qədər ertələyin. Ambisioz, qeyri-standart
hədəflərdən çəkinməyin. Problemlərin həllində fəal olun.
Günün ikinci yarısında yaxınlarınızla anlaşmaya nail olmaq üçün
güzəştə meylli davranmaq gərəkdir. Özünüzə fikir verin. Pəhrizə
başlaya bilərsiniz.
Çözümünü xeyli vaxtdan bəri tələb edən məsələnin həllində kollektiv
fəaliyyət istisna deyil.
Əqrəb- Narahatlıq, naqolaylıq hissi
yaranacaq. Özünüzü pis hiss edə bilərsiniz. Situasiyadan çıxış yolu
var. Sizə yardım üçün müraciət edən insanlara kömək edin.
Özünüzü rahat hiss etmək üçün gərgin fəaliyyətə ehtiyac var.
Günün ikinci yarısında dostlar və tərəfdaşlara yardım edin.
Ailədəki problemləri müzakirə etmədən çözmək mümkün deyil.
Sevdiyiniz insanla münasibətləri yaxşılaşdırın.
Axşam saatlarını internetdə keçirməyin.
Oxatan- Mübahisələrdə arqumentləri
asanlıqla tapa bilərsiniz. Ən uzunmüddətli və ağır qarşıdurmanın
nizamlanması üçün dinc yollar mövcuddur. İşdə rəhbərlik, kommersiya
fəaliyyətində isə tərəfdaşlarla danışıqlar aparmaq olar.
Anlaşma, saziş və müqavilələr üçün pis gün deyil.
Günün ikinci yarısında dostlarla görüşmək, yaxın perspektivdəki
layihəni və ya prosesləri təxminləmək olar. Axşam saatlarındakı
görüş romantik anlar vəd edir.
Oğlaq- Günün ilk yarısında işgüzar
tərəfdaş və ya şəriklə təmaslarda problemlər yarana bilər. Onların
dediklərinə diqqətlə qulaq asın. Əks təqdirdə sərt iradlar
eşidəcəksiniz.
Manevr imkanlarını əldən verməyin. Sürətli, dürüst qərarlar qəbul
edin.
Günün ikinci yarısında ailə həyatındakı qəfil olaylardan biri
narahatlıq, təlaş yarada bilər. Münaqişəyə səbəbkarlıq etməyin.
Yaşlı qohumların dediklərinə qulaq asın. Onların məsləhətlərindən
biri xeyir, mənfəət vəd edir.
Dolça- Nə edəcəyinizi dəqiqləşdirin,
məqsədləri konkretləşdirin. Situasiyanın dəyişməsi planlara
yeniliklər tələb edir. İşdə rəhbərlik və həmkarlarla təmaslarda
diqqətli olun. Əks təqdirdə ciddi narazılıq yarana bilər.
Günün ikinci yarısında işlərin məcrası və hadisələrin axarı
əhəmiyyətli dərəcədə mövqeyinizdən asılıdır. Ailədə xoş ab-havanı
qoruyun.
Xəstəliklərin profilaktikası ilə məşğul olun. Səhhətinizi düşünün.
Zərərli vərdişlərdən birindən əl çəkmək zamanıdır.
Axşam saatlarında gəzintiyə çıxın.
Balıqlar- Günün ilk yarısı görüşlər,
danışıqlar, anlaşmaların imzalanması, yeni layihəyə başlamaq üçün
əlverişli deyil. Cari işlərlə məşğul olmaq, rutin məsələlərin
çözülməsinə zaman ayırmaq daha optimal yoldur.
Hər şeyi yaxşı yoxlayın. Fəsadları ağır olacaq səhvlərə yol
verməyin.
Günün ikinci yarısında emosiyalar tarıma çəkilə bilər.
Dediklərinizin yanlış anlaşılması qalmaqal və münaqişə yaratmasın
deyə sayıq olun. Ailə həyatındakı bəzi məqamlar nəzarətinizdən
çıxmamalıdır.