BÜRCLƏR - 20 FEVRAL
Movqe.az günün qoroskopunu təqdim edir.
![]() Günün ikinci yarısında müstəqillik, asudəlik istəyi arta bilər. Öz maraqlarınızı ön plana çəkərək yaxınlarınızın mənafelərini qulaq ardına vursanız, ciddi problemlərlə qarşılaşacaqsınız. İxtilaf və mübahisə də ola bilər. Özünüzü ələ alın. Axşam saatlarında stressdən qurtulun. |
![]() Okkultizm, paranormal olaylar barədə məlumatlara marağınız arta bilər. Ailə işlərinə və məişət qayğılarına vaxt ayırın. Yaşam arealını qaydaya salın, səliqəli olun. Yaxınlarınızı sevindirin. Axşam saatları ünsiyyət, qonaq qəbul etmək üçün əlverişlidir. |
![]() Günün ikinci yarısı maliyyə məsələləri və hüquqi işlər üçün əlverişli zaman deyil. Yaxınlarınız istəklərinizi dəyərləndirməlidirlər. Qayğıkeş, səmimi olun. Ailə üzvləri ilə təmaslarda harmoniyaya səy göstərin. Səhhətinizin qeydinə qalın. İdmanla da məşğul ola bilərsiniz. |
![]() Nəyisə təcili almaq istəyəcəksiniz. Günün ikinci yarısında yaşanan olaylarla bağlı tələsik qərar verməyin. Fəaliyyət prosesini kontrol altında saxlayın. Romantik görüş zamanı deyil. Kobudluq və aqressivlik sizi pəjmürdə edə bilər. Rasionunuza fikir verin. Mədənizdə ağrılar istisna deyil. |
![]() Yaradıcılıqla məşğul olan insanlar üçün münasib zamandır. Günün ikinci yarısında yaşam arealında yenilənməyə başlayın. Sirlərinizi kimsə ilə bölüşməyin. Əks təqdirdə şayiə və ya dedi-qodu obyektinə çevrilə bilərsiniz. Axşam saatlarındakı tanışlıq xoş anlar vəd edir. |
![]() Günün ikinci yarısında iradəli, cəsarətli olun. Ağır vəziyyətə düşmüş yaxınınıza yardım edin. Ailədəki münasibətlər harmonik olacaq. Axşam saatlarında dostlar qonaq gələ bilərlər. |
![]() Günün ikinci yarısında ailə işləri və məişət qayğılarının sayı artacaq. Münaqişələrə qatılmayın. Axşam saatlarında sakit şəraitdə istirahət etmək pis olmaz. Normal istirahət etməyə çalışın. |
![]() Günün ikinci yarısında diqqətinizi önəmsiz məsələlər yayındırmasın. Eqoist olmayın. Çətin situasiyadan çıxış yolunu arayın. Yaxınlarınızla ünsiyyətdə səmimi davranın, onların qayğılarından hali olun. Nəyə ehtiyac duyduğunuzu dəqiq müəyyənləşdirin. |
![]() Günün ikinci yarısında yeni təmaslar, danışıqlar və görüşlər olacaq. Rasionunuza fikir verin. Səhhətinizə ziyan vuracaq həddə çatası addımlar atmayın. Axşam saatlarında intoksikasiya riski var. |
![]() Günün ikinci yarısında yeni tanışlıqların perspektivi olmayacaq. Bir qədər tənha qalmaq, müstəqil fəaliyyət göstərməkdə xeyir var. Qətiyyət və iradə məhsuldar nəticələr verə bilər. Macəra axtarışları, sərgüzəşt istəkləri ailə üzvlərinizlə aranızda problemlər yarada bilər. Romantik hisslərə aldanmayın. Sizdən sui-istifadə etmək istəyən var. Yalanlara inanmayın. |
![]() Günün ikici yarısında problemlərin həllində sayıq olun. Yenilənmə pis deyil. Axşam saatları dostlarla görüş, yeni ideyaların müzakirəsi üçün əlverişlidir. Romantik təmaslar istəyi varsa, tələsməyin. |
![]() Aqressivlik işlərə mənfi təsir edəcək. Günün ikinci yarısında qayda və intizam məsələləri ön planda olmalıdır. Axşam saatlarına yaxın əhvalınız pisləşə bilər. Xroniki ağrıların kəskinləşməsi istisna deyil. Romantik görüş və ya insanların gur olduğu tədbir üçün yaxşı zaman deyil. |