BÜRCLƏR - 10 MART
Movqe.az günün qoroskopunu təqdim edir.
![]() Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların fikirlərini nəzərə alın, onların dediklərini qulaqardına vurmayın. Şəxsi münasibətlərdə tələskənliyə yol verməyin. Qarşılıqlı anlaşma çox önəmlidir. Axşam saatlarını ümumi maraqlara və fikirlərə malik olduğunuz insanlarla təmaslarda passiv davranmayın. Sizi maraqlandıran mövzuya qayıda bilərsiniz. |
![]() Günün ikinci yarısında uğurlarınız əhəmiyyətli dərəcədə təsadüfdən asılı olacaq. Uğurlu və ağıllı insanlarla əlaqələri kəsməyin. Onlarla ideya və planların mübadiləsinə başlamaq olar. Romantikaya qapılmayın. Sevdiyiniz insanla təmaslarda yeni perspektivlər var. |
![]() Günün ikinci yarısında başladığınız işləri ideal şəkildə bitirməyə can atmayın. İdeal heç nə yoxdur. Amma öhdənizə düşən işlərin mütləq şəkildə öhdəsindən gəlin. Axşam saatlarından istirahət, internetdə sörfinq, uzaqdakı insanlarla təmasların bərpası üçün yararlanmaq olar. Dincəlin. |
![]() Məzmun və motivləri indiədək qaranlıq məsələlərə günün ikinci yarısında aydınlıq gələ bilər. Bəzi konseptual məqamlarda geri çəkilməyin. Maraqlanızı başqalarının mənafelərinə qurban verməyin. Axşam saatlarında ünsiyyət sizə xoş anlar bəxş edəcək. Bilik, bacarıq və dünyagörüşünüzü nümayiş etdirin. |
![]() Günün ikinci yarısında fəal çalışın, seçimiş istiqamət üzrə plana uyğun hərəkət edin. Qüvvələrlə potensialın yanlış dəyərləndirilməsi ifrat yorğunluğa, iş qabiliyyətinin azalmasına səbəb ola bilər. Əlavə vədlər və öhdəlikləri yeni problemlər yaratmamalıdır. Yaşam arealında qayda yaradın, fikirlərinizdə dalğın olmayın. Axşam saatlarına yaxın yeni mövzuya impuls veriləcək. Amma həlləlik hər şey ideyalar səviyyəsindədir. Tələsməyin. |
![]() Günün ikinci yarısında səylərinizi yönəldəcəyiniz istiqaməti seçin. Yaxın gələcəkdə maksimum mənfəət əldə etmək üçün aktiv olun. Sizi dilə tutmağa çalışan insana "yox" deməyi bacarın. Qüvvə, vaxt və vəsait tələb edən məqamlarda passiv davranmayın. Axşam saatlarını ailənizlə birlikdə keçirin. |
![]() Günün ikinci yarısı uğurlu dönəmdir. Əlverişli situasiyadan yararlanın. Amma bilin ki, uğurlu dönəm çox çəkməyəcək. Sizdən fərqli maraqları, ideyaları olan insanlarla ünsiyyətdə xeyir var. Söhbətlərdən həzz almaq önəmli deyil: əsas məsələ danışıqlardan real fayda əldə etməkdir. |
![]() Günün ikinci yarısında yaxın ətrafınızda, çalışdığınız məkanda mühitin yaxşılaşdırılması üçün zəruri addımlar atın. İnciklik, hansısa ədalətsizlikdən narazılıq cari işlərin öhdəsindən gəlməyə mane olacaq. Axşam saatlarında gəzintiyə çıxın. |
![]() Uzun müddətdən bəri güc və vaxt tapmadığınız işi görə bilərsiniz. Cari işlərdə tərəfdaşlarla şəriklər aktiv rol oynayacaqlar. Yeni təkliflər və ideyalar olacaq. Reallaşmayan arzular və ya puç olan istəklər münasibətlərdə gərginlik yaratmamalıdır. Hisslərin əsiri olsanız, ruh düşkünlüyünə qapıla bilərsiniz. Nikbin olun. Yeni məqsədlər və stimullar var. Axşam saatlarında normal istirahət edin. |
![]() Texniki fəaliyyətlə məşğul olanlar üçün münasib zamandır. Günün ikinci yarısında sevdiyiniz insanın tələblərini və iradları nəzərə alın. Heç bir səbəb olmadan münaqişəyə başlamayın. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz. |
![]() Günün ikinci yarısında diqqətinizi yeni işə və ya layihəyə yöndəndirə biləcək tanışlıq ola bilər. Maddi perspektivlərinizin ciddi təhlilə ehtiyacı var. Diqqət və zəhmət tələb edən işlərdən yayınmayın. Yaxın ətrafınızdakı insanlarla əlaqələrin önəmini dəqiq qiymətləndirin. Təsir altına düşməyin. |
![]() Günün ikinci yarısında hansısa işlər alınmasa detalları və təfərrüatları yenidən təhlil edin. Gərəkli istiqaməti seçin. Axşam saatlarında mühüm görüş və ya önəmli sənədin imzalanması istisna deyil. Sosial şəbəkələrdə aktiv davranın. |