BÜRCLƏR - 16 MART
Movqe.az günün qoroskopunu təqdim edir.
![]() Günün ikinci yarısında intuisiyanız sizə yaxın gələcəkdəki olayların axarı ilə bağlı dürüst mövqe seçməyə imkan verəcək. Görüşlər, xəbərlər, müzakirələr məzmunlu olmalıdır. Ümumi planları nəzərdən keçirin. Dəyişikliklər və yenilikliklərə praqmat yanaşın. Mövcud problemləri dəyərləndirəndə hisslərə qapılmayın. Saxtakarlıq təmaslardakı uçurumu aradan qaldıra bilməz. Elə indi işə başlayın. |
![]() Yazışmalarda, hesabatlarda diqqətli olun. Sizi narahat edə biləcək məlumat ala bilərsiniz. Əhvalınız pisləşməməlidir. Məqsədə doğru irəliləmək üçün bu gün geriyə bir addım atmaq olar. Axşam saatları yazışmalar, zənglər, səfər üçün əlverişlidir. Sevdiyiniz insanı unutmayın. Vaxtınızı şən və mənalı keçirin. |
![]() Günün ikinci yarısında yeni məlumatlar alacaqsınız. Həmkarlar və tərəfdaşlarla əlaqələr, şəriklə təmaslara yenidən nəzər salın. Məşğul olacağınız yeni işlərlə mümkün qədər çox məlumat əldə edin. Təhsil, bilik və peşəkar məziyyətlərin səviyyəsini artırın. Nə istədiyinizi dəqiqləşdirin. |
![]() Hisslərlə emosiyaların zahiri izharı daxili tələbatınıza cavab verməyəcək. Həmsöhbətinizə maraqlı olmayan məsələ ilə bağlı iradlarınızı təkrarlamayın. Günün ikinci yarısında yaşam tonusunuzun səviyyəsini minimuma endirməyin. Aktual problemlərin həllinə başlayın, ikinci dərəcəli məsələlərə sonra da baxmaq olar. Səhhətinizə fikir verin. Diqqətli olun. |
![]() Günün ikinci yarısında məqsədləri konkretləşdirin, irəliyə hərəkətə can atın. Potensial tərəfdaşlarınıza yeni təklifinizi anladın. Axşam saatlarını ailənizlə birlikdə keçirin. |
![]() Karyeranızın stabilliyi həmkarlarla münasibətlərdən asılıdır. Çox danışıb az iş görən insanlara qoşulmayın. Günün ikinci yarısında yaxın gələcəklə bağlı perspektivləri, problemin həll yollarını müzakirə etmək olar. Cari işlərin mümkün qədər tez başa çatdırılmasının asılı olduğu insansınız. Aktiv davranın. |
![]() Günün ikinci yarısında mövcud problemləri yaxınlarınızla müzakirə edin. Saatlar keçdikcə situasiya gərginləşəcək. Qarşılıqlı anlaşmaya nail olmaq asan deyil. Səbrli olun. |
![]() Mühüm məqamları nəzərdən qaçırmayın. Günün ikinci yarısında işlərdən laübəli narazılıq problemin mahiyyətinin aydın anlamına çevrilməlidir. Neqativ emosiyalara uymadan münaqişələri nizamlayın. Sizi maraqlandıran təmaslarda rezonans və qarşılıqlı anlaşma olacaq. |
![]() Günün ikinci yarısı yaxın gələcəklə bağlı perspektivləri müəyyənləşdirmək olar. Asan qazanc imkanlarına aldanmayın. Haram pul halalı da aparar. Bacarmadığınız işin qulpundan yapışsanız, məsxərə obyektinə çevrilə bilərsiniz. Axşam saatları şəxsi yaradıcılıq üçün əlverişlidir. Dostlarla ünsiyyət, səfər, görüş istisna deyil. Xərcləriniz çox olmasın. |
![]() Təmkinli və səbrli olun, amma cəsarətli davranın. Günün ikinci yarısı sürprizlər vəd edir. İmpuls və siqnallara fikir verin. Dəyər verdiyiniz insanların mövqelərini nəzərə alın. Daha ciddi işlərlə məşğul ola bilərsiniz. Axşam saatlarında önəmli məsələ ilə bağlı qərar qəbul etməlisiniz. Tərəddüd etməyin. Hadisələrin axarında ciddi dəyişikliklər olacaq. |
![]() Diqqət mərkəzində olacaqsınız. Nədənsə imtina etmək, nə iləsə vidalaşmaq zamanıdır. Etibar etdiyiniz insanlarla çalışa bilərsiniz. Günün ikinci yarısında bəzi ümidlər və illüziyalardan qurtulmaq lazımdır. Gərəkli əlaqələri intensivləşdirin, təmasları aktuallaşdırın. Ümumi plandakı məsələlərdə irəliləyiş ola bilər. İmicdə yeniliklər etmək olar. Axşam saatlarında məqsədiniz üçün optimal variantı seçin. |
![]() Günün ikinci yarısında ilk baxışdan cazibədar təsir bağışlayan təkliflərə aldanmayın. Şübhəli mənbələrə etibar etməyin. İşgüzar danışıqlar və yazışmalar üçün pis vaxt deyil. Təfərrüatları dəqiqləşdirin. Bütün borcları qaytarın, yaxınlarınızın təkliflərini və xahişlərini yerinə yetirin. Zərərli vərdişlərdən birini unutmaq olar. |