BÜRCLƏR - 18 İyun
Movqe.az günün qoroskopunu təqdim edir.
![]() Ağıllı və təcrübəli hesab etdiyiniz insalarla ünsiyyət üçün əlverişli zamandır. Müdrik insanın məsləhətlərinə qulaq asın. Günün ikinci yarısında işgüzar intuisiyanız iti olsun. Pul qazanmaq, sərfəli anlaşma və ya sövdələşməyə nail olmaq, uğurlu alış-veriş etmək şanslarını əldən verməyin. Romantik münasibətlərdə müsbət dəyişikliklər ola bilər. Bunun üçün təşəbbüskar olmalısınız. |
![]() Günün ikinci yarısı alış-veriş üçün məsləhətlidir. Yeni layihə ilə bağlı eksperimentə başlamaq olar. Aldığınız borcu qaytarmağı unutmayın. Axşam saatlarında normal istirahət edin. |
![]() Yaxın ətrafınızdakı insanlarla davranışın modelini müəyyənləşdirin. Yeni münasibətlərə başlamaq və tanışlıqlar üçün əlverişli zaman deyil. Günün ikinci yarısında maliyyə işlərinizi qaydaya salın, imkanlarınızı dürüst dəyərləndirin. Alış-verişdə mənasız xərclərə yol verməyin. Yanınızdakı insanlar sizə təzyiq edir, öz mövqelərini absolyut həqiqət sayır, sizdən bu və digər addımların atılmasını istəyirlər. Təmkinli olun, bildiyinizi edin. |
![]() Günün ikinci yarısında sizi narahat edən məsələləri yaxınlarınızla, inandığınız insanlarla müzakirə edin. Ehtiyac duyduğunuz yardım və köməyi ala bilərsiniz. Enerjili oturun, süst davranmayın. Diqqətə layiq olan işi qulaqardına vurmayın. Əsas məqsədlərdən yayınaraq xırda işlərə vaxt sərf etməyin. Uzaq səfərə yollanmağa dəyməz. Adi, öyrəşdiyiniz şəraitdə özünüzü daha rahat hiss edəcəksiniz. |
![]() Günün ikinci yarısında yaxşı gəlir əldə edə bilərisniz. Alış-veriş etmək, çoxdan can atdığınız əşyanı almaq olar. Romantik görüşlər üçün əlverişli zamandır. Axşam saatlarında sevdiyiniz insanla birlikdə istirahət edin. |
![]() Sadəcə, dürüst davranış modeli seçin, yaşanan vəziyyəti təhlil edin. Analitik qabiliyyətinizi işə salın. Günün ikinci yarısında yaxınlarınızla dil tapın. Sevdiyiniz insanın xətrinə dəyməyin. Sizə xüsusilə dəyərli olan insanı xoş sürprizlə sevindirin. Axşam saatlarını yaxşı məclisdə, xoş hisslərlə keçirin. |
![]() Günün ikinci yarısında ev işləri darıxdırıcı və usandırıcı təsir bağışlayacaq. Problemlərin həllinə yaradıcı yanaşın. Qəfil vizitlər xoş emosiyalar yaradacaq. Son vaxtlar maraqlandığınız insan ünsiyyətdə təşəbbüsü ələ alaraq irəliyə doğru ilk addımı atacaq. |
![]() Peşəkar fəaliyyətlə bağlı məsələlərin qeyri-formal şəraitdə müzakirəsi üçün pis vaxt deyil. İşgüzar tərəfdaşlar, həmkarlar və ya rəhbərliklə bəzi məsələləri müzakirə etmək olar. Günün ikinci yarısı yeni tanışlıqlar və romantik təmaslar üçün əlverişlidir. İntuisiyanız kəskin olsun. Diqqətə layiq adamlara yararsız, mənasız şəxsləri ayırd etməyə çalışın. |
![]() Günün ikinci yarısında rəqibləri və bədxahları üstələmək üçün fəal olun. Süst, tənbəl davransanız, yaxşı şansları əldən verəcəksiniz. Axşam saatlarında gəlir, hədiyyə, xoş sürprizlər istisna deyil. Qəfil problem vaxtınızı alacaq, sizi nigaran qoyacaq. Plandaşlırılmamış səfər və səyahət problem yaratsa da, pis sonuclanmayacaq. |
![]() Günün ikinci yarısında mənfi təmayüllərin təsiri güclənəcək. Problemlər, o cümlədən maliyyə çətinlikləri yaranacaq. Adi günlərdən fərqli olaraq yaxın adamlarla daha çox mübahisə etməyin. Təmasları qorumağa çalışın. Sərt tənqid və aqressiv davranışa qapılmayın. |
![]() Günün ikinci yarısında müsbət təmayüllərin şəxsi münasibətlərə təsiri artacaq. Maraqlı tanışlıqlar istisna deyil. Axşam saatlarında aktiv istirahəti seçin. |
![]() Günün ikinci yarısında dostlar və ya həmfikirlər sizə yardım edəcəklər. Yeni maraqlı ideyalar yaranacaq. Onlardan birinin reallaşdırılması yaxşı pul qazanmağa imkan verəcək. Ünvanınıza səslənən tənqidi sakit, soyuqqanlı qarşılayın. Zarafatlardan inciyərək yaxınlarınızla münasibətləri sərinləşdirməyin. |