BÜRCLƏR - 1 İYUl
Movqe.az günün qoroskopunu təqdim edir.
![]() Günün ikinci yarısında maliyyə məsələlərinin həllini başqalarına həvalə etməyin. Nikbin olun. Pis əhval sağlamlığınızda problemlər yarada bilər. Yaxınlarınızla münasibətlərdə incikliyə yol verməyin. Onların nə istədiklərini anlayandan sonra hansısa qərar verin. İllüziyalara qapılmayın. Düşünmədən addım atmayın. |
![]() Eksperimentlər, risk üçün uğurlu gündür. Günün ikinci yarısında sizi avantüraya cəlb etmək istəyən insanlara aldanmayın. Yalanlar həmişə şirin kəlmələrə bürünür. Adi, rutin işlərdə praktiki davranış nümayiş etdirin. Axşam saatlarını dəyər verdiyiniz insana həsr edin. Birgə arzuları reallaşdırmaq üçün əlverişli zamandır. |
![]() Günün ikinci yarısında anlaşma və sazişlərin müzakirəsində mövqelərinizi açıq bildirin. Təfərrüatlarını bilmədiyiniz məsələlərin həllinə bələd insanların məsləhətlərinə qulaq asın. Sevdiyiniz insanı axşam saatlarında təəccübləndirməyə çalışın. Hədiyyə verin. |
![]() Günün ikinci yarısında situasiyanı təhlil edin. Mübahisələr, durumun aydınlaşdırılması üçün müzakirələr vaxtınızı alacaq. Ailə üzvləriniz sözlərinizi yanlış anlaya bilərlər. Axşam saatlarında gəzintiyə çıxın. |
![]() Günün ikinci yarısında ifrat mühafizəkarlığa varmayın. Başqasının dediklərindən, yad mövqedən asılı olmayın. Bütün bunlar gərəkli istiqamətdə hərəkətinizi ləngidəcək. Axşam saatlarında stressdən qurtulmağa çalışın. |
![]() Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün qətiyyətli və iradəli olun. Kiçik problemlər sizi yolunuzdan sapdırmasın. Təkbaşına işləməkdənsə kollektiv fəaliyyəti seçin. İstiqamət, yön və ya layihələri təhlil etmək olar. Axşam saatları etiraf, romantik anlar üçün əlverişlidir. |
![]() Günün ikinci yarısında sürətlə dəyişən situasiyaya uyğunlaşmağı bacarın. Adaptasiya önəmli məsələdir. Yetərincə məlumat əldə etməmiş seçimə başlamayın. Axşam saatlarında yeni, maraqlı tanışlıqlar istisna deyil. |
![]() Günün ikinci yarısında ağır maliyyə durumunda düşünülməmiş addımlar atmayın. Həmkarlarınızdan və ya şəriklərinizdən məsləhət istəyə bilərsiniz. Nəyisə soruşmaqdan çəkinməyin. Borc məsələsinə yenidən baxmaq olar. Kreditlərin ödənişini gecikdirməyin. Yaxın ətrafınızdakı insanlarla münasibətlər qarşılıqlı etibar və anlaşmaya əsaslanmalıdır. |
![]() Günün ikinci yarısında bədgümanlıq etsəniz, rəqiblərinizdən geridə qalacaqsınız. Nüfuzlu insanlardan biri fəaliyyətnizlə maraqlanacaq. Axşam saatlarını ailə üzvlərinə həsr edin. Xudpəsəndlik, təşəxxüskarlıq etməyin. |
![]() İşdə həmkarlarınızla normal davranın. Situasiyaya total nəzarət xülyalarını unudun. Günün ikinci yarısı kollektiv fəaliyyət üçün münasibdir. Liderlik iddiasına düşməsəniz, hər şey yaxşı olacaq. Axşam saatlarına yaxın yaxınlarınız sizə yardım etməyə çalışacaqlar. Onlara azad seçim imkanları yaradın. Yorğunluq, işgüzar aktivliyin azalması hissləri olacaq. Bir qədər dincəlin. |
![]() Günün ikinci yarısında məqsədə çatmaq üçün bir az da aktivləşin. Tərəfdaş və ya şəriklə münasibətlərdə düşünülməmiş addımlar atmayın. Hissləriniz və emosiyalarınızla oynamaq istəyən insanın cəhdlərinin qarşısını sərt, amma mədəni şəkildə alın. |
![]() Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla münasibətləri korlamayın. Yaxın ətrafınızla münasibətlərdə komfort durumun yaradılmasına çalışın. Ailə üzvləri və qohumlarla qarşılıqlı iradlardan yayınmaq üçün müəyyən güzəştlərə getmək olar. |