Qoç- Həyatınızda baş verən hər şey
ürəyinizcədir. Ona görə də bu ay həyatınızda olan çatışmazlıq və
nöqsanlarla da razılaşacaqsınız. Ətrafınızda olan insanlardan kimsə
bunu dəyişməyə çalışsa belə icazə verməyin. Bu ay yeni sevgi
münasibətləri üçün uyğun vaxt deyil. Daha əvvəl qurulan
münasibətlərdə isə əsas təşəbbüskar siz olmalısınız.
|
Buğa- İyul ayında sizi fors-major
situasiya gözləyir. Lakin problemlərin həll olunma yolu var və siz
onların öhtəsindən öz başına gələcəksiniz. Maddi durumunuz
dəyişməyəcək. Ailədə bəzi anlaşılmazlıqlar ola bilər. Səyahət üçün
yaxşı vaxtdır, lakin onun asand keçib-keçməyəcəyi məlum deyil.
Sükan arxasında olarkən diqqətli olun.
|
Əkizlər- Yayın ortasında sizin həmişə
olduğu kimi zəhərlənmə ehtimalınız var, buna görə qidalanmanıza
fikir verin. Şəxsi həyatınızda siz iki romantik münasibət arasında
qalacaqsınız. İşdə yeni danışıqlar və axtarışlar gözlənilir.
Emosiyalara qapılmasanız bu ayda çoxlu müvəffəqiyyət qazanmaq
şansınız var. Çalışın ağılla hərəkət edəsiniz.
|
Xərçəng- Həyatınızın həyəcanlı dövrü
başlayır. Əməkdaşlarınız sizinlə mübahisə etməyə başlayacaq,
yerinizə və cibinizə göz dikəcək. Şəxsi həyatınızda da eyni
vəziyyət yaranacaq. Çalışın ehtiyatlı və təmkinli davranasınız.
Maddi durumunuz o qədər ürəkaçan olmaya bilər, pula qənaət
etməlisiniz.
|
Şir- Mənasız söhbət və hadisələrdən uzaq
durmanız məsləhətdir. Bu ayı istirahətə sərf etsəniz uduzmazsınız.
Sənədləşmə işlərində diqqətli olun, bəzi çətinliklər yarana bilər.
Tanımadığınız mühitə düşdükdə problemlər olacaq, onların öhdəsindən
ustalıqla gələcəksiniz. Qohumlarınızın sizə ehtiyacı
olacaq.
|
Qız- Sizə maraqlarınıza uyğun olmayan
təkliflər gələcək. Onları qəbul etməli olacaqsınız, çünki bu işi
təklif edən insan sizə faydalı ola bilər. Yeni xərclər üzə çıxacaq,
maddi vəziyyətiniz tez-tez dəyişəcək. Ailədə kiçik problemlər
yaranacaq ki, bunu yalnız siz həll edə bilərsiniz. Övladlarınıza
qarşı diqqətli olun.
|
Tərəzi- İşgüzar həyatınız üçün iyul ayı
olduqca müvəffəqiyyətli olacaq. Maddi baxımdan sıxıntı
çəkməyəcəksiniz, bununla yanaşı, əlavə gəlir əldə etmək ehtimalınız
var. Şəxsi həyatda yalnız subay xanımların bəxti gətirəcək.
Ailənizlə bağlı qalmaqallar yaşayacaqsınız və bu, əsəblərinizə
təsir edəcək.
|
Əqrəb- Çoxdan saxladığınız sirlər üzə
çıxacaq. Böyük ehtimal ki, bu sizin şəxsi həyatınızla bağlıdır.
Ehtiyatlı olun, ailədə problemlər yarana bilər. İşinizə ciddi
yanaşın, bəzi əməkdaşlarınız ayağınızın altını qazacaq. Bu ay sizə
gələcəkdə kömək olacaq yeni təkliflər gələcək. Maddi baxımdan
əziyyət çəkməyəcəksiniz.
|
Oxatan- İşinizlə əlaqədar səhayətə
çıxacaqsınız. Bəzi məsələlərdə iş yoldaşlarınızla dil tapmağa
çalışın. Əsəbiləşib özünündən çıxmayın. Problemləri sülh yolu ilə
həll edin. Şəxsi həyatınız romantika ilə dolu olacaq. Hərdən seçim
qarşısında qala bilərsiniz.
|
Oğlaq- Əgər iyulda səyahət nəzərdə
tutmusunuzsa, yaxşı olar ki, bunu ayın ikinci yarısında həyata
keçirəsiniz. Şəxsi məsələlərdə ehtiyatlı olun, illərlə davam edən
münasibətlər bir anda sona çata bilər. Peşəkar sahədə öz
ideyalarınıza ehtiyac qalmayacaq, başqalarının fikrindən istifadə
edərək işinizdə uğur qazana bilərsiniz.
|
Dolça- Sizi əsl qalmaqallar burulğanı
gözləyir. Ən əsand çıxış yolu heç kəsin tərəfini tutmamaqdır. İşdə
yoldaşlarınızı tez-tez əvəz etməli olacaqsınız. Şəxsi həyatınız
yeni hadisələr və sürprizlərlə dolu olacaq. Çalışın başınızı
itirməyin. Maddi vəziyyət sabit olraq qalacaq, lakin səhətinizlə
bəzi problemlər yarana bilər.
|
Balıqlar- Yeni layihələrə imza atmaq
üçün əlverişli vaxtdır. Uzaq yaşayan partnyorlarla əməkdaşlığı
bərpa etmək işinizə yarıya bilər. Həmçinin səyahət etmək üçün əla
zamandır. İşə başınızı qatıb, səhətə diqqət yetirməyi unutmayın.
Ailədə sakitcilikdir, nikahda olmayan sevgililər isə ayrıla
bilər. |