BÜRCLƏR - 6 İYUL
Movqe.az günün qoroskopunu təqdim edir.
![]() Günün ikinci yarısında uğurlarınız əhəmiyyətli dərəcədə təsadüfdən asılı olacaq. Uğurlu və ağıllı insanlarla əlaqələri kəsməyin. Onlarla ideya və planların mübadiləsinə başlamaq olar. Romantikaya qapılmayın. Sevdiyiniz insanla təmaslarda yeni perspektivlər var. |
![]() Günün ikinci yarısında atdığınız addımların fərqinə varın. Rasionunuza fikir verin. Təfərrüatlarına bələd olmadığınız məsələlərlə bağlı rəy verməyin. Problemlərin artması sizdən daha fəal olmağı tələb edir. İstəklərinizin normadan artıq olması prosesləri ləngidə bilər. Sayıq və diqqətli olun. |
![]() Günün ikinci yarısında xoşagəlməz sözlər eşidə bilərsiniz. Əlavə işlər görməli olacaqsınız. Çətin, ağır xasiyyətli insanlarla təmas zərurəti yaranacaq. Hisslərin gərildiyi zamanda müşkül məsələnin həllinə başlamayın. Axşam saatlarında səhhətinizin qayğısına qalın. |
![]() Arzularınızı reallaşdırmaq üçün aktiv olun. Günün ikinci yarısında proseslərin ritminə nəzarət edin. Büdcənizdə böyük itkilər olmamalıdır. Krediti vaxtında ödəməyi unutmayın. Axşam saatlarına yaxın yarımçıq işləri başa vurun. Açıq havada gəzintiyə çıxın. |
![]() Günün ikinci yarısında daşınmaz əmlak, vərəsəlik, ipoteka, kreditlər, sığorta ödənişləri, borcların qaytarılması ilə bağlı əməliyyatlarda yaxşı tanımadığınız insanlara etibar etməyin. Yaxınlarınız üçün gördüyünüz işləri onların üzünə vurmayın. Axşam saatlarında əyləncəyə yollana bilərsiniz. Mübahisələrdə tərəf tutmayın. |
![]() Günün ikinci yarısında təmkinli və soyuqqanlı olmasanız, orientirləri itirə bilərsiniz. Sədləri aramla dəf edin. Maneələrin çoxluğu sizi pərişan etməsin. Gərəkli zamanda lazımi addımlar atın. Neqativ emosiyalar yaradan insanlarla ünsiyyəti minimuma endirin. |
![]() Günün ikinci yarısısında illüziyalara qapılmayın, ambisiyalarınızı təmin etmək üçün ani hisslərin idarə etdiyi fiqura çevrilməyin. Çalışdığınız yerin hesabına şəxsi maraqlarınızı təmin etməyin. Əməllərinizə görə gec-tez cavab verməli olacaqsınız. Qida rasionunuza fikir verin. İş qrafikində köklü dəyişikliklər etməyin. |
![]() Günün ikinci yarısında narazılıq hissi, natamamlıq duyğuları yarana bilər. Problemlərin həllinə yaradıcı yanaşın. Axşam saatlarına yaxın yeni tərəfdaş və ya şəriklə işləyə bilərsiniz. Axşam saatlarında normal istirahət etməyə çalışın. |
![]() Kiçik uğursuzluqlar sizi ruhdan salmasın. Problemləri qulaqardına vurmayın, onları çözün. Günün ikinci yarısında sirlərinizi yaxşı tanımadığınız insanlarla bölüşməyin. Başqalarının sözlərindən asılı olmayın. Hisslərinizi müvazinətdə saxlayın, təsir altına düşməyin. |
![]() Uzun müddətdən bəri güc və vaxt tapmadığınız işi görə bilərsiniz. Cari işlərdə tərəfdaşlarla şəriklər aktiv rol oynayacaqlar. Yeni təkliflər və ideyalar olacaq. Reallaşmayan arzular və ya puç olan istəklər münasibətlərdə gərginlik yaratmamalıdır. Hisslərin əsiri olsanız, ruh düşkünlüyünə qapıla bilərsiniz. Nikbin olun. Yeni məqsədlər və stimullar var. Axşam saatlarında normal istirahət edin. |
![]() Günün ikinci yarısında nəyin bahasına olursa-olsun, haqlı görünməyə can atmayın. Sözlərin bundan sonrakı hadisələrin formalaşmasında heç bir əhəmiyyəti yoxdur. Rəqiblər arqumentlərinizə əla bələddir və onlar yeni heç nə deməyəcəklər. Axşam saatlarında psixoloji hücuma məruz qala bilərsiniz. |
![]() Günün ikinci yarısı uğurlu dönəmdir. Əlverişli situasiyadan yararlanın. Amma bilin ki, uğurlu dönəm çox çəkməyəcək. Sizdən fərqli maraqları, ideyaları olan insanlarla ünsiyyətdə xeyir var. Söhbətlərdən həzz almaq önəmli deyil: əsas məsələ danışıqlardan real fayda əldə etməkdir. |